Cümə , 13 Noyabr 2026
Drone Cameras

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, 10 İŞİD üzvü saxlanılıb

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) sərhəddən kənarda İŞİD-ə qarşı əməliyyat keçirib.

Boyukmillet.com “TRT haber”ə istinadən xəbər verir ki, MİT-in Suriyada Suriya Kəşfiyyat Xidməti ilə koordinasiyalı şəkildə həyata keçirdiyi əməliyyat nəticəsində “qırmızı bülleten”lə axtarışda olan 10 İŞİD üzvü saxlanılıb.

Saxlanılan şəxslərin Türkiyəyə gətirildiyi bildirilib.

Qeyd olunub ki, əməliyyatla bağlı əlavə araşdırmalar davam etdirilir.

Check Also

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 4 hərbçi şəhid olub

Noyabrın 12-də Türkiyənin Malatya vilayətində S-70 tipli hərbi helikopter naməlum səbəbdən qəzaya uğrayıb. Boyukmillet.com xəbər …