Bazar , 25 Oktyabr 2026
Drone Cameras

İlham Əliyev WUF13-ün bütün iştirakçılarını uğurlu və nəticəyönümlü tədbir münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bütün iştirakçılarını uğurlu və nəticəyönümlü tədbir münasibətilə təbrik edib.

Boyukmillet.com xəbər verir ki, bu bu barədə Prezident İlham Əliyevin “X” hesabında edilən paylaşımda qeyd olunub.

“Azərbaycan daha bir mühüm qlobal tədbirə – WUF13-ə ev sahibliyi etmək şərəfinə nail oldu. Bu, COP29-dan sonra ölkədə keçirilmiş ikinci ən böyük beynəlxalq toplantıdır.

Biz bütün iştirakçıları, tərəfdaşları və BMT ailəsini, xüsusən BMT-Habitat-ı uğurlu və nəticəyönümlü WUF13 münasibətilə təbrik edirik”, – paylaşımda vurğulanıb.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …