Cümə , 13 Noyabr 2026
Drone Cameras

Türkiyədə qanunsuz qumar oyunlarından 128 milyon dollar gəlir əldə edən 61 nəfər saxlanılıb

Türkiyənin 22 vilayətində onlayn qumar oyunlarının təşkili ilə bağlı əməliyyat keçirilib.

Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, Jandarm Baş Komandanlığı tərəfindən keçirilən əməliyyat 5 milyard 800 milyon lirəlik (təxminən 127 milyon 788 min dollar) pul dövriyyəsini ortaya çıxarıb.

Şanlıurfa başda olmaqla, 22 vilayətdə keçirilən əməliyyat nəticəsində ümumilikdə 61 nəfər saxlanılıb.

“Qanunsuz qumar oyunları və cinayət törətmək məqsədilə təşkilat yaratmaq” ittihamı irəli sürülən şübhəlilərin cinayət vasitəsilə əldə edilmiş gəlirlərin transferini də həyata keçirdiyi güman olunur.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …