Çərşənbə , 13 May 2026
Drone Cameras

Ötən gün Lökbatandakı yanğında anbarın 21 min kvadratmetri yanıb

Ötən gün Lökbatanda baş verən yanğında anbarın 21 min kvadratmetri yanıb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın nəticəsində bir-birinə bitişik ümumi sahəsi 46 000 kvadratmetr olan müxtəlif təyinatlı malların saxlanıldığı anbar 21 000 kvadratmetr sahədə yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, mayın 12-də səhər saatlarında Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib və alovun söndürülməsi üçün FHN-in 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb olunub. Yanğının geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb. Hazırda alovun tam söndürülməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Check Also

Qaxda əməliyyat – Zaza ələ keçdi

Ölkənin müxtəlif regionlarında narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz silah-sursat saxlanması və axtarışda olan şəxslərin tutulması istiqamətində …