Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Türkiyə “PAMİR” zirehsiz maşını TƏQDİM ETDİ

Türkiyənin “PAMİR 4×4” zirehsiz avtomobili “SAHA 2026” Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində ilk dəfə ictimaiyyətə təqdim olunub.

1500 at gücünə malik avtomobilin NATO sınaqlarından uğurla keçdiyi bildirilib.

Avtomobili istehsal edən BMC şirkətinin rəhbəri Fuat Tosyalının sözlərinə görə, “PAMİR 4×4” Silahlı Qüvvələrin həm şəxsi heyətini, həm də yükləri daha çevik şəkildə daşıya biləcək zirehsiz yüngül nəqliyyat vasitəsinə yaranan ehtiyaca görə istehsal edilib.

O bildirib ki, avtomobil həm şəxsi heyət və həm də yüngül yüklərin çətin ərazi şəraitində praktik daşınmasını təmin edəcək.//Report

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …