Cümə , 13 Noyabr 2026
Drone Cameras

Xaçmazda narkotiklə bağlı 2 nəfər saxlanıldı

Xaçmazda dəmiryolu polisi 2 nəfərdə narkotik aşkarlayıb.

DIN-in mətbuat xidmətinin Quba regional qrupundan Musavat.com-a verilən məlumata görə, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş şəxslər – 59 yaşlı S.Siracov və 37 yaşlı A.Həsənov saxlanılıb.

Həmin şəxslərdən ümumilikdə 1 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.

Araşdırma aparılır.

Check Also

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. Boyukmillet.com xəbər verir ki, bu …