Bazar , 15 Noyabr 2026
Drone Cameras

Paşinyan: Ermənistan və Azərbaycan tezliklə sərhədin delimitasiyasını davam etdirəcək

Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesi yaxın vaxtlarda davam edəcək.

Boyukmillet.com  Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, bu günədək sərhədin 12 kilometr uzunluğunda olan hissəsi artıq demarkasiya edilib və orada Ermənistan sərhədçiləri xidmət aparır.

O əlavə edib ki, delimitasiya və demarkasiya işləri yaxın vaxtlarda davam etdiriləcək və “münasib müddətdə başa çatacaq”.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …