Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

Türkiyə Ermənistan üçün gömrük qaydalarını yumşaltdı

Türkiyədə qüvvəyə minən yeni qaydalara əsasən, artıq Ermənistana ixrac olunan mallar üçün bu ölkə rəsmi şəkildə son təyinat məntəqəsi kimi göstərilə biləcək.

Boyukmillet.com xəbər verir ki, əvvəllər Türkiyə şirkətləri gömrük bəyannamələrində Ermənistanı son təyinat ölkəsi, erməni iqtisadi subyektlərini isə alıcı kimi göstərə bilmirdi. Bu səbəbdən məhsullar əsasən Gürcüstan kimi üçüncü ölkələr vasitəsilə reeksport yolu ilə Ermənistana çatdırılırdı.

Yeni qaydalardan sonra isə Ermənistan şirkətləri Türkiyədən malları vasitəçilər olmadan, birbaşa öz adlarına idxal edə biləcəklər.

Məlumatı Ermənistanın Dövlət Gəlirləri Komitəsi yayıb.

Check Also

Türkiyədə bələdiyyə sədri rüşvət almaq ittihamı ilə ev dustağı edilib

Türkiyənin İstanbul bölgəsinin Üsküdar bələdiyyəsinin sədri Sinem Dedetaş barəsində ev dustaqlığı cəzası hökmü çıxarılıb. Bu …