Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Qazaxıstan və Türkiyə investisiyaların qorunması haqqında saziş imzalayacaq

Qazaxıstan və Türkiyə investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında saziş imzalamağı planlaşdırır.

“Report”un Qazaxıstan bürosu ölkənin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, sənəd layihəsi 2026-cı il mayın 29-dək ictimai müzakirəyə çıxarılıb.

Saziş layihəsi iki ölkənin investorları üçün sabit və proqnozlaşdırıla bilən şəraitin yaradılmasına yönəlib.

Bundan başqa, saziş investisiyaların tam qorunması və təhlükəsizliyi, investorların gəlirlərinin sərbəst köçürülməsi və digər müddəaları nəzərdə tutur.

XİN-də qeyd ediblər ki, sazişin məqsədi qarşılıqlı investisiyalar üçün əlverişli şəraitin yaradılması və hər iki ölkənin ərazisində investorların hüquqi müdafiəsinin təmin edilməsindən ibarətdir.

Saziş dövlətdaxili prosedurlar başa çatdıqdan və tərəflər arasında diplomatik bildirişlərin mübadiləsindən sonra qüvvəyə minəcək.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …