Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Azərbaycan 354 kq heroinin dövriyyəsinə görə beynəlxalq axtarışa verilən Hindistan vətəndaşını təhvil verib

Azərbaycanda saxlanılan beynəlxalq axtarışa verilmiş Hindistan vətəndaşı ölkəsinə təhvil verilib.

Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Hindistanın hüquq mühafizə orqanları 1993-cü il təvəllüdlü Hindistan vətəndaşı Singh Prabhdeep Gurrajı 354 kiloqram narkotik vasitə heroinin qanunsuz dövriyyəsini təşkil etməkdə təqsirli bilərək beynəlxalq axtarışa verib.

Onun təhhvil verilməsinə dair həmin ölkənin səlahiyyətli orqanlarının vəsatəti baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Belə ki, qeyd olunan şəxs Azərbaycanda müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

“Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında təslimetmə haqqında” 04.04.2013-cü il tarixli Müqaviləyə əsasən Singh Prabhdeep Gurraj haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə sorğu edən dövlətin səlahiyyətli orqanlarına təhvil verilib.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …