Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar – 1986-cı il təvəllüdlü Abbasova Gülay Taptıq qızı, 2017-ci il təvəllüdlü Nağıyev İsa Asəf oğlu, 2004-cü il təvəllüdlü Hacıyeva Sevinc Namiq qızı, 1985-ci il təvəllüdlü Hacıyeva Gülnar Yusif qızı, 1982-ci il təvəllüdlü Hacıyev Namiq Nəbi oğlu və 2003-cü il təvəllüdlü Nağıyev Cəmil Asəf oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Fotolar3



Boyukmillet.com Biz yanmasaq vətən yanar

