Cümə , 13 Noyabr 2026
Drone Cameras

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında oktyabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, şimal-şərq küləyi əsəcəyi ehtimalı var.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Səhər tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacaq.

Check Also

Azərbaycanda fəaliyyət göstərən yerli QHT-lər müstəqildirmi?

Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi ilə bağlı tənqidlər mövcuddur. Agentlik hökumətin nəzarətində olan, GONGO adlandırılan QHT-lərə …