Bazar , 25 Oktyabr 2026
Drone Cameras

İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb

İran ordusu ABŞ-a məxsus pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, İranın hava hücumundan müdafiə sistemləri ölkənin cənubunda yerləşən Bəndər-Abbas liman şəhəri üzərində ABŞ-a məxsus “LUCAS” tipli pilotsuz uçuş aparatını vurub.

Hadisənin başvermə şəraiti və PUA-nın hansı məqsədlə İranın hava məkanında olduğu barədə əlavə məlumat verilməyib.

ABŞ tərəfi hələlik İran ordusunun açıqlamasına münasibət bildirməyib.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …