ABŞ qırıcı təyyarələri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket atdığı İranın Qeşm adasındakı raket buraxılış məntəqəsinə zərbə endirib.
Boyukmillet.com xəbər verir ki, məlumatı ABŞ hərbi rəsmisi jurnalistlərə açıqlayıb:
“Bu gün səhər ABŞ qırıcı təyyarələri İslam İnqilabı Keşikçiləri Korpusunun(SEPAH) Qeşm adasındakı raket buraxılış məntəqəsinə dəqiq idarə olunan sursatlardan istifadə edərək özünümüdafiə zərbəsi endirib. Bu zərbə SEPAH-ın ABŞ qüvvələrinə və aktivlərinə qarşı təcavüzünə cavab olaraq həyata keçirilib”.
Bir müddət əvvəl İranın Fars xəbər agentliyi Qeşmin şimal-qərbində bir neçə partlayış baş verdiyinə dair məlumat yaymışdı.
Boyukmillet.com Biz yanmasaq vətən yanar

