Çərşənbə , 18 Noyabr 2026
Drone Cameras

Avropa İttifaqı İrana yeni sanksiya tətbiq edəcək

Avropa İttifaqı yaxın bir ay ərzindəı soyuducu avadanlıqlar sisteminə kiberhücuma görə İrana qarşı yeni sanksiyalar qəbul edəcək.

Boyukmillet.com xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro France 5 televiziyasına deyib:

“Bazar ertəsi günü Brüsseldə bu kiberhücuma görə məsul olanlara qarşı dəlillər təqdim etdim ki, sanksiyalar tətbiq olunsun. Buna görə də onların maliyyə aktivlərini donduracağıq və Aİ ərazisində hərəkətini qadağan edəcəyik. İnanıram ki, bu sanksiyalar bir ay ərzində tətbiq olunacaq”.

Noyabrın 9-da Fransa İranı oktyabr ayında supermarket soyuducu avadanlıqlarına qarşı genişmiqyaslı kiberhücumda ittiham edib, İranın müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

Check Also

Rusiyadan Antalyaya uçan sərnişin təyyarəsində bomba xəbərdarlığı edilib

Rusiyanın “Azimuth Airlines” aviaşirkətinə məxsus, Mineralnıye Vodı şəhərindən Türkiyənin Antalya şəhərinə səfər edən sərnişin təyyarəsində …