Çərşənbə axşamı , 17 Noyabr 2026
Drone Cameras

Deputat parlamenti “danışmaqxana” adlandırdı, spiker etiraz etdi

Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Səyyad Aranla parlamentin sədri Sahibə Qafarova arasında çıxış üçün ayrılan vaxtla bağlı mübahisə yaşanıb.

Boyukmillet.com xəbər verir ki,  deputat ona əvvəlcədən 10 dəqiqə vaxt ayrıldığını bildirərək çıxış müddətinin 5 dəqiqəyə endirilməsinə etiraz edib.

“Mənim haqqımı heç kim ala bilməz. Bəziləri yerdən deyir ki, 5 dəqiqə, 3 dəqiqə… Qardaş, danışmaq istəmirsənsə, danışma. Başqalarına niyə yol göstərirsən? Bu Milli Məclisdir, danışmaxanadır!” – deyə deputat bildirib.

O, Türkiyə Böyük Millət Məclisində və Rusiya Dövlət Dumasında çıxışlara belə məhdudiyyət qoyulmadığını da qeyd edib.

Milli Məclisin sədri Sahibə Qafarova deputata irad bildirərək parlament etikasına və leksikasına riayət etməyə çağırıb. O xatırladıb ki, çıxış müddətinin 5 dəqiqə müəyyənləşdirilməsi təklifi səsə qoyularaq qəbul edilib: “Birincisi, Milli Məclis danışmaqxana deyil. Xahiş edirəm, parlament etikası və leksikasından istifadə edin. Bu bir. İkincisi isə təklif olundu ki, reqlament 5 dəqiqə olsun. Səs çoxluğu ilə bu qəbul edildi. Siz gördünüz, bundan əvvəl İlham Məmmədov cümləsini qurtarmamışdı, dedim, əlavə bir neçə dəqiqə də verilsin. Mən onu sizə də verəcəm. Siz büdcə məsələsini yenə də ittihamdan başlayırsınız”.

Check Also

Əkin subsidiyasının 30 faizi fermerlərə avans şəklində ödəniləcək

Kənd təsərrüfatı istehsalçılarının əkin mövsümündə yaranan ilkin maliyyə ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə ölkədə ilk dəfə …