Bazar , 28 Aprel 2024
Drone Cameras

Kitabxananın Fəxri oxucusu, professor Arif Quliyev yeni yazdığı “Millət atası” monoqrafiyasını kitabxanaya təqdim etdi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin

M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, hüquq elmləri
doktoru, professor, Ukraynanın Əməkdar təhsil işçisi Arif Quliyev yeni
yazdığı “Millət atası” monoqrafiyasının elektron formasını kitabxanaya
təqdim etdi.

Monoqrafiyada qeyd olunur ki, Heydər Əliyev müasir Azərbaycanın
memarı, Azərbaycan – Ukrayna arasında dostluq münasibətlərinin təməlini
qoyan şəxsdir. Heydər Əliyev Ukrayna və Azərbaycan arasında strateji
partnyorluğun inkişafına böyük diqqət yetirərək həmişə Ukraynanın sabit
dostu olmuşdur. Ulu Öndərin çoxşaxəli quruculuq fəaliyyəti nəticəsində
müstəqil Azərbaycanın inkişafı müsbət dinamika almışdır.

Alim qeyd edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Ulu Öndərin keçirdiyi siyasəti bu gün uğurla davam etdirir. Topluda
alimin iyirmi illik elmi fəaliyyətinin əsər və materialları toplanmışdır. Müəllif
haqlı olaraq qeyd edir ki, Azərbaycan xalqı Heydər Əliyevi millətin atası
kimi bütün səmimiyyəti ilə sevir.

Müəllifin Heydər Əliyevlə səxsən bir neçə dəfə görüşməsi barədə
xatirələr də monoqrafiyada yer almışdır. Müəllif Ulu Öndəri “Hakimiyyət
ustası”, “Böyük vətəndaş”, “Əsrin adamı” adlandıraraq bu məsələlərə ayrı-
ayrı fəsillər ayırır.

Kitabda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin, Heydər
Əliyev Fondunun prezidenti və Birinci vitse-prezident Mehriban Əliyevanın
fəaliyyəti də əks olunub. “Millət atası” kitabı Azərbaycan Respublikasında
elan olunmuş “Heydər Əliyev İli” çərçivəsində nəşr olunub. Kitabın müəllifi,
professor Arif Quliyev Ukrayna Prezidenti V.Zelenskiyə kitabı göndərdiyi
üçün ona Ukrayna Prezidentinin ofisindən təşəkkür məktubu göndərilib.

Check Also

Azərbaycan kitabları Özbəkistanda sərgilənib

Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan ümumrespublika kitab həftəsində Azərbaycan kitabları sərgilənib. Boyukmillet.com xəbər verir ki, …