Cümə , 10 May 2024
Drone Cameras

İlham Əliyev Qazaxıstan Prezidentini Qarabağda Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışına dəvət edib

“İşğaldan azad edilmiş Qarabağda Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilməsi barədə Sizin şəxsi qərarınıza görə də təşəkkürümü bildirmək istərdim. Mərkəzin tikintisi həqiqətən çox sürətlə gedir və fürsətdən istifadə edib Sizi bu mərkəzin açılışı mərasiminə dəvət etmək istəyirəm”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Astanada Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü zamanı bildirib.

“Bu, xalqlarımızın dostluğunun və qardaşlığının yaxşı rəmzi olacaq, ona görə ki, biz dağıdılmış infrastrukturun, o cümlədən sosial infrastrukturun bərpa edilməsi üzrə çox böyük işlər görməliyik. Qardaş Qazaxıstanın belə bir təşəbbüsü, əlbəttə, bütün azərbaycanlılarda böyük təşəkkür hissi doğurur”, – deyə dövlət başçısı vurğulayıb.

Check Also

“Ordubad” qoruğunun mühafizə zonasının müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşıb

Azərbaycan Respublikası Prezidentinin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” 2024-cü il 21 fevral tarixli Sərəncamına …