Şənbə , 20 Aprel 2024
Drone Cameras

Gəncədə məşhur bəstəkarın adına park salınıb

Gəncədə məşhur bəstəkar Qəmbər Hüseynlinin məzarüstü abidəsinin ətrafında salınan parkın açılışı olub.

Boyukmillet.com xəbər verir ki, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, idarə, müəssisə və təşkilat rəhbərləri, kollec direktorları, həmçinin bəstəkarın ailə üzvləri iştirak ediblər.

Əvvəlcə bəstəkar Qəmbər Hüseynlinin məzarüstü abidəsi ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb.

Tədbir zamanı iştirakçılara görkəmli bəstəkarın həyat və yaradıclığı barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, 16 aprel 1916-cı ildə Gəncədə dünyaya göz açan Qəmbər Hüseynli bütün yaradıcılığı boyu professional musiqi sənətimizin xalq tərəfindən daha çox sevilən janr və formalar hesabına zənginləşməsinə çalışıb. Qəmbər Hüseynlini “Cücələrim”lə tanınsa da, bəstəkarın Azərbaycan xalqı tərəfindən sevilərək dinlənilən digər bəstələri də var. Görkəmli bəstəkarın yaradıcılığında mahnı və romanslar mühüm yer tutur.

Tədbirin davamında Gəncə Uşaq Evinin sakinləri tərəfindən Qəmbər Hüseynlinin bəstələrinə yazılan şeirlər səsləndirilib.

Məlumat üçün bildirək ki, yeni istifadəyə verilən parkda körpə və uşaqların oynaması üçün müxtəlif atraksionlar quraşdırılıb, idman qurğuları, söhbətgah və oturacaqlar yerləşdirilib.

Check Also

Afaq Bəşirqızı “Bəxt üzüyü”ndə rejissora hansı şərti qoymuşdu?

Xalq artisti Afaq Bəşirqızı “Bəxt üzüyü” filmi ilə bağlı maraqlı fakt açıqlayıb. Boyukmillet.com olay-a istinadla …