Cümə , 26 Aprel 2024

Mədəniyyət

Bakıda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqının və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən sərgidə Xalq rəssamları Hüseyn Əliyevin, Kamil Əliyevin, Arif Qazıyevin, İsmət Axundovun, Əməkdar rəssamlar Rza Avşarovun, İsa Məmmədovun, Nağdəli Xəlilovun, Sabir Hüseynovun, Saleh Məmmədovun, Akif Quliyevin, Xuday İbrahimovun, Pərvin Quliyevanın, …

Read More »

Azərbaycanla Qazaxıstan arasında mədəni əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Qazaxıstan arasında mədəni əməkdaşlıq müzakirə olunub. Boyukmillet.com xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli noyabrın 30-da Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alin Bayel ilə görüşüb. Görüşdə nazir Azərbaycan və qazax xalqlarının tarixi dostluq münasibətlərindən bəhs edərək ölkələrimiz arasında bir sıra sahələrdə olduğu kimi, mədəni əlaqələrin də inkişaf etdiyini vurğulayıb. Mədəniyyətin və incəsənətin müxtəlif sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi …

Read More »

Nazir İlham Qasımova yüksək vəzifə verdi

Heydər Əliyev Sarayının direktoru vəzifəsinə direktor təyinatı olub. Boyukmillet.com xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, İlham Zakir oğlu Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib. İlham Qasımov 1977-ci ildə anadan olub. 1998-ci ildə Azərbaycan Texniki Universitetini bitirib. 1992–1996-cı illərdə “Şən və Hazırcavablar Klubu”nun (ŞHK) üzvü olub. 1994–1995-ci illərdə ŞHK-nin universitetlərarası çempionatında qalib …

Read More »

Bakıda Argentina mədəniyyəti gecəsi keçirilib

Bakıda Argentina mədəniyyətinə həsr olunmuş gecə keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbir bu ölkənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub. Tədbirin əvvəlində çıxış edən Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluçi gecənin ölkəsinin mədəniyyətinin ən populyar iki elementinə – malbek və tanqoya həsr olunduğunu qeyd edib. “Malbek gavalı və albalı kimi xoş meyvəli ətirlərə malik zəngin bənövşəyi-qırmızı rəngli şərabdır. Hazırda malbek şərabının …

Read More »

“Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib”

“Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli deyib. Onun sözlərinə görə, Yazıçılar Birliyinə 250 nəfər ev üçün müraciət edib və Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib: “Bu şəxslərin sırasında əvvəldən ev növbəsi gözləyənlər də, yeni müraciət edənlər də var”. “Həmin ev bölgüsü …

Read More »

Azərbaycanın qədim xalçaları Avstriyada hərraca çıxarılacaq

Azərbaycanın qədim xalçaları Avstriyada hərraca çıxarılacaq. Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, gələn ay “Austria Auction Company” hərracında satışa çıxarılacaq nəfis, qədim Şərq xalçaları arasında Azərbaycan xalçaları da var. XIX əsrin ikinci yarısına aid Azərbaycan xalçalarının ilkin qiyməti 2 000- 3 000 avro arasında dəyişir. “Austria Auction Company”nin (Avstriya Hərrac Şirkəti) “XIX əsrin zərif antik Şərq xalçaları …

Read More »

Bakıda Nobel qardaşlarının həyatından bəhs edən kitabın və filmin təqdimatı olub

Nobel qardaşlarının Azərbaycanda irsinin 150 illiyi münasibətilə Bakıda ilk xarici şirkətin yaradıcılarının həyatından bəhs edən kitabın və filmin təqdimatı olub. Boyukmillet.com xəbər verir ki, tədbir İsveçin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. “1873-cü ildə Robert Nobel ilk dəfə Azərbaycana səfər edib. Onun odlar və küləklər diyarına səfəri Azərbaycanın neft sənayesinin inkişafının, eləcə də Azərbaycan və İsveç arasında ikitərəfli münasibətlərin əsasını qoyub”, – …

Read More »

Azərbaycan və Türkiyə mədəni, tarixi sahələrdə çoxşaxəli layihələr həyata keçirəcək

Azərbaycan və Türkiyə mədəni, tarixi sahələrdə çoxşaxəli layihələr həyata keçirəcək. Bu barədə “Report”un Ankara bürosuna Türkiyədə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Adil Kərimli bildirib. “Türkiyə ilə aramızda mədəni əlaqələrimizin, ümumiyyətlə mədəniyyətimizin, tariximizin, Azərbaycan və türk dilinin inkişaf etdirilməsi üçün çoxşaxəli layihələr həyata keçiriləcək”, – nazir deyib. Ankarada Azərbaycan və Türkiyə hökumətlərinin mədəniyyət sahəsində əməkdaşlığına dair sazişi dəyərləndirən nazir bildirib ki, sənədin …

Read More »

Bakıda 9-cu beynəlxalq kitab sərgisinin açılışı olub

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub. Boyukmillet.com xəbər verir ki, açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, deputatlar və digər rəsmi şəxslər iştirak edir. Sərgidə 11 ölkədən 30-dan çox xarici təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və …

Read More »

Dövlət Film Fondunda “İZ” sənədli filminin təqdimatı olub

Dövlət Film Fondunda “İZ- Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri” adlı sənədli filmin təqdimat mərasimi keçirilib. Sənədli filmin layihə rəhbəri “Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Qaramanlı, ssenari müəllifi- tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Vasif Məmmədzadədir. Boyukmillet.com xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi …

Read More »