Bazar ertəsi , 6 May 2024
Drone Cameras

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Azərbaycan kinosu tarixinə aid unikal arxiv materialı aşkar edilib.

Bu barədə “Report”a Azərbaycan Dövlət Film Fondundan məlumat verilib. Qeyd edilib ki, xalq artisti, kinorejissor Rza Təhmasibin 130 illik yubileyinə hazırlıqlarla əlaqədar aparılan yeni araşdırmalar zamanı aşkar olunmuş fotosənəd 1945-ci ilə aiddir.

Arxiv materialı Bakı kinostudiyasında lentə alınmış “Arşın mal alan” (rej. R.Təhmasib və N.Leşşenko) bədii filminin çəkilişləri zamanı lentə alınıb. Azərbaycan Dövlət Film Fonduna orijinal şüşə neqativdə təhvil verilmiş fotosənəd Əməkdar mədəniyyət işçisi, fotoqraf-rəssam Pərviz Quliyevin şəxsi arxivinə daxildir.

Bugünədək heç bir kino tədqiqatında istifadə olunmayan bu fotoşəkil bərpa olunmuş şəkildə Dövlət Film Fondununun rəsmi saytı və sosial media hesabları vasitəsilə ictimaiyyətə təqdim olunur.

Check Also

Araşdırmaçı: “Elçin Əfəndiyev hadisələrə ötən əsrin stereotipləri ilə yanaşır”

İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun M.C.Bağırovun gizli məhculları və o dövrün hadisələrinə gün işığı tutan “M. …