Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Ərzurumda Türkiyə-Azərbaycan dostluq konserti keçirilib

Ərzurumda Türkiyə-Azərbaycan dostluq konserti keçirilib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri mayın 7-də Türkiyənin Ərzurum şəhərində konsert proqramı ilə çıxış edib.

Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğunun dəstəyi, Naxçıvan MR Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan Türkiyə-Azərbaycan dostluq konserti İbrahim Erkal Dadaş Mədəniyyət və Sənət Mərkəzində təşkil olunub.

Musiqili gecədə Müslüm Maqomayevin “Azərbaycan”, Fikrət Əmirovun “Reyhan”, Aytən Alpmanın “Məmləkətim”, Üzeyir Hacıbəyovun “Çırpınırdın, Qara dəniz”, Emin Sabitoğlunun “Həyat bizimdir”, Elza İbrahimovanın “Ey Vətən”, Xanım İsmayılqızının “Dahi”, Kamalın “Xalq Heydər deyəcək”, Cavanşir Quliyevin “Azərbaycan-Türkiyə”, Ramiz Mirişlinin “Səadət”, eləcə də xalq mahnıları və xarici ölkə bəstəkarlarının əsərləri ifa edilib.Filarmoniyanın solistləri – Emin Hüseynov, Nərmin Hüseynova, Bəhruz Quliyev, Əfsanə Babayeva tərəfindən səsləndirilən əsərlər qardaş ölkənin sənətsevərləri tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılanıb.

Qeyd edək ki, Naxçıvan Dövlət Filarmoniyası Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə 9 may tarixdə Ərzincan şəhərində, 12 may tarixdə isə Müstəqillik Günü münasibəti ilə Ordu şəhərində konsert proqramı ilə çıxış edəcək.

Check Also

“Ordubad” qoruğunun mühafizə zonasının müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşıb

Azərbaycan Respublikası Prezidentinin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” 2024-cü il 21 fevral tarixli Sərəncamına …