Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Əfqanıstan-Pakistan sərhədində atışma olub, ölənlər var

Əfqanıstan-Pakistan sərhədində silahlı atışma olub, ölənlər var.

Boyukmillet.com xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb.

Ölkənin şimal-qərbindəki Xeyber-Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsinin Miran Şah rayonundakı nəzarət-buraxılış məntəqəsində törədilən terror aktından sonra Pakistan ordusu hücuma görə məsuliyyət daşıyanların tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Həyata keçirilən tədbirlər çərçivəsində silahlılara məxsus sursat anbarı aşkar olunub.

Atışma zamanı 3 pakistanlı hərbçi həlak olub, həmçinin silahlılardan 3-ü məhv edilib.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …