Şənbə , 27 Aprel 2024
Drone Cameras

Əfqanıstanda sərnişin avtobusunun partlaması nəticəsində azı 16 nəfər ölüb

Əfqanıstanın cənubundakı Zabul əyalətində sərnişin avtobusu yol kənarına qoyulmuş minaya düşərək partlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə yerli mənbə bildirib.

Məlumata görə, Şahr-ə-Safa dairəsində baş verən partlayış nəticəsində azı 16 nəfər həlak olub. Hadisə zamanı həmçinin bir neçə nəfərin xəsarət alması barədə bildirilir.

Digər məlumata görə, hadisə zamanı avtobusda 25 sərnişin olub. Qeyd edilir ki, onların hamısı partlayış zamanı ölüb.

Check Also

Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər

NATO Baş katibi Yens Stoltenberq 2024-cü ildə vəzifəsini tərk etdikdən sonra “Eurofighter” qırıcısının pilotu ola …