Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Əfqanıstanda “taliblər”in Baglan əyalətinin paytaxtına hücumu dəf olunub

Əfqanıstanın təhlükəsizlik qüvvələri radikal “Taliban” hərəkatı döyüşçülərinin ölkənin şimal-şərqindəki Baglan əyalətinin inzibati mərkəzinə hücumunu dəf edib.

Boyukmillet.com “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin nümayəndəsi Favad Amanın bəyanatında deyilir.

“Bu axşam müdafiə, təhlükəsizlik və ictimai müqavimət qüvvələri “taliblər”in Baglan əyalətinin mərkəzi Puli-Xumri şəhərinə hücumunu dəf etdi. Cavab əməliyyatı nəticəsində təxminən 100 döyüşçü məhv edilib və yaralanıb”, – xəbərdə deyilir.

Daha əvvəl xəbər verilib ki, “taliblər” Baglan əyalətin paytaxtına atəş açıblar. Qeyd edilirdi ki, əyalətin inzibati mərkəzi Puli-Xumri şəhərində silahlılarla hökumət qüvvələri arasında döyüşlər başlayıb.

Check Also

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 22 nəfər həbs olunub

Türkiyənin Şanlıurfa və Konya şəhərlərində İŞİD terror təşkilatına qarşı yeni əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, …