Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Əli Əsədov Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının prezidenti ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 7-də Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurasının prezidenti Salvatore Şikitano ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycanda mülki aviasiyanın inkişafı və aviasiya təhlükəsizliyi sahəsində görülmüş işlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Ölkəmizdə aviasiya təhlükəsizliyi standartlarının ICAO standartlarına uyğunlaşdırılması təşkilat tərəfindən yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb.

İşğaldan azad edilmiş ərazilərdə istismara verilmiş hava limanlarının ICAO-nun beynəlxalq məkan indeksləri kataloquna daxil edildiyini bildirən Baş nazir, bu bölgələrdə beynəlxalq aeroportların inşasının turizmin inkişafı baxımından vacibliyini vurğulayıb.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …