Çərşənbə axşamı , 28 Noyabr 2023

Əməkdar incəsənət xadimi Cəmil Fərəcov vəfat edib

Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov 77 yaşında vəfat edib.

Bu barədə “Report”a ittifaqdan məlumat verilib.

O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. 1970-ci ildən “Azərbaycanfilm” kinostudiyasında rejissor işləyir.

Əməkdar incəsənət xadimidir. Ailəlidir, iki övladı, üç nəvəsi var

Check Also

Nazir İlham Qasımova yüksək vəzifə verdi

Heydər Əliyev Sarayının direktoru vəzifəsinə direktor təyinatı olub. Boyukmillet.com xəbər verir ki, mədəniyyət naziri Adil …