Bazar , 28 Aprel 2024
Drone Cameras

Ərəbin əxlaqsız hərəkətinə görə neftçilər üsyana qalxdı

Qazaxıstanın Atırau vilayətində neftçilərin yaşadığı və işlədiyi Tengiz qəsəbəsində ərəb mənşəli şəxsin WatsApp-da yerləşdirdiyi fotoya görə etirazlar başlayıb. Virtualaz.org qazax mənbələrinə istinadən xəbər verir ki, dünən iyunun 29-da saat 11.00 radələrində “Сohsolited Contracting Endihering and Prourement S.A.L Offshore (CСЕР)” neft servis şirkətinin fəhlələri iş sahəsinə yığışıblar və şirkətin Eli Daoud adlı liviyalı işçisinin WatsApp profilində yerləşdirdiyi fotoya görə etiraz ediblər.

Həmin fotoda Eli Daoud və qazax qız təsvir olunub, ərəb əlində ratsiya tutub və cihazın antennası qızın ağzına tərəf istiqamətlənib.

Qazax neftçilər şirkətdə hansısa rəhbər vəzifə tutan həmin ərəbin əxlaqsız davranışından hiddətləniblər və bütün heyətlə tətil elan ediblər. Minlərlə neftçi ərəblərin davranışlarına qarşı etiraz bildirib, daha sonra qazaxlar şirkətdə işləyən ərəblərə hücum edərək onları döyüblər. Kütləvi dava 30 nəfərin xəsarət alması ilə nəticələnib.

Hadisə yerində vilayətin bütün səlahiyyətli orqanlarının nümayəndələri, o cümlədən hüquq-mühafizə orqanlarının rəhbərləri göndərilib.

Komissiya qurulub və komissiyanın rəhbəri etiraz edən neftçiləri inandırmağa çalışıb ki, hadisə araşdırılacaq, qazax neftçilərin hüquqlarını pozanlar barəsində tədbir görüləcək. Habelə etirazlarda və davada iştirak edənlər təqib olunmayacaq. Neftçilər deyiblər ki, şirkətdə işləyən ərəblər özbaşınalıq edir, qazax fəhlələrə qarşı təhqiramiz davranır və özləri heç bir iş görmür, kölgədə yatır. Əvəzində bütün ağır işləri qazaxlar görür. Qazax fəhlələr öz vətənlərində ikinci dərəcəli insan rəftarı ilə üzləşdiklərini deyiblər. Tengizdə gərginliyin bu gün də davam etdiyi bildirilir.

Son məlumatlara görə, əxlaqsız hərəkəti ilə aranı qarışdırmış ərəb menecer artıq işdən qovulub.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …