Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Ərdoğan koronavirusdan necə qorunduğunu açıqladı: “Hər səhər bir qaşıq…”

“Hər səhər bir qaşıq tut bəhməzi qəbul edirəm”.

Boyukmillet.com “Sözcü”yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.

Jurnalistin prezidentin virusdan qorunması üçün xüsusi tədbiri varmı sualına R.T.Ərdoğan belə cavab verib: “Bir tövsiyəm var. Qidalarınıza diqqət edin. Xəstəliyə qarşı xüsusi tədbirimiz varmı soruşsanız, inanın ki, elə bir tədbir yoxdur. Vücudu güclü tutmalıyıq. Bizim bəzi dostlar sağ olsunlar, arada tut bəhməzi göndərirlər. Mən hər səhər bir qaşıq tut bəhməzi qəbul edirəm. Çünki orqanizmdə qan yaradır. Əsasən Ərzurumdan gəlir”.

Check Also

ABŞ Venesuelaya qarşı mühüm məhdudiyyəti aradan qaldırır

ABŞ Maliyyə Nazirliyi Venesuelanı Amerika investisiyalarına ciddi məhdudiyyətlər tətbiq edən ölkələr siyahısından çıxarmaq niyyətindədir. Boyukmillet.com …