Şənbə , 27 Aprel 2024
Drone Cameras

Ərdoğan Putin və Zelenski ilə taxıl dəhlizinin yaradılmasını müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadan taxıl ixracı üçün təhlükəsiz dəhlizin yaradılmasını müzakirə etmək üçün gələn həftə Rusiya lideri Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparacaq.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə lideri Vanda gənclərlə görüşündə deyib.

“Ukrayna ilə Rusiya arasında müharibə gedir və biz bilirik ki, kənd təsərrüfatı məhsulları böyük ölçüdə bu ölkələrdən gəlir. İndiki mərhələdə bununla bağlı heç bir problemimiz yoxdur, anbarlarımızda 5 milyon ton buğda var, amma biz bu həcmləri artırmaq istərdik”, – Ərdoğan vurğulayıb.

Check Also

Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər

NATO Baş katibi Yens Stoltenberq 2024-cü ildə vəzifəsini tərk etdikdən sonra “Eurofighter” qırıcısının pilotu ola …