Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

“Əş-Şəbab” qruplaşması Somalidə bir şəhəri ələ keçirib

“Əş-Şəbab” terror qruplaşmasının dəstələri Somalinin cənubundakı Bulo-Marer şəhərinə daxil olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Goobjoog News” portalı məlumat yayıb.

Məlumata görə, hökumət bölmələri şəhərin mərkəzindən kənara çəkilib və Kambaridəki ordu bazasında cəmləşib.

Qeyd edək ki, Bulo-Marer Afrika İttifaqının Somalidəki Missiyasının Uqanda kontingentinə ev sahibliyi edir.

Hər iki tərəfdən mümkün itkilər barədə məlumat hələ alınmayıb.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …