Çərşənbə , 1 May 2024
Drone Cameras

110 yaşlı Şahbuz rayon sakini Ceyran Qafarovaya hədiyyələr təqdim edilib – FOTOLAR

Boyukmillet.com xəbər verir ki, 8 mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şahbuz rayon İcra Hakimiyyətinin birgə təşkilatçı­lığı ilə Şahbuz rayonunda yaşayan 110 yaşlı Ceyran Qafarovanın yaşadığı ünvanda tədbir keçirilib.

Tədbirdə bildirilib  ki, ahıl qadınlar da dövlətimizin diqqət qayğısı ilə əhatə olunaraq, onlara müxtəlif növ xidmətlərin göstərilməsi, maddi-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır, yubileyləri qeyd olunur. Bu günkü tədbirin də keçirilməsi ahıl qadınlara göstərilən qayğının daha bir bariz nümunəsidir.

Sonda qeyd olunan təşkilatların nümayəndələri qarşıdan gələn 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə uzunömürlü Ceyran Qafarovanı təbrik edərək, ona gül buketi və hədiyyələr təqdim ediblər.

Ceyran Qafarova ona göstərilən bu diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlığını bildirib.

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …