Çərşənbə axşamı , 18 Fevral 2025
Drone Cameras

Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etmək niyyətindədir

Ermənistan Minsk qrupunun ləğvi məsələsi ilə bağlı ATƏT-ə müraciət etmək niyyətindədir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə yazıb.

“Ermənistan ATƏT-ə Minsk qrupunun ləğvi məsələsi ilə bağlı müraciət etmək imkanını nəzərdən keçirir”, – o qeyd edib.

N.Baqdasaryan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və sülh sazişi imzalamaqla bunu təsdiqləməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Minsk qrupunun və onun bütün institutlarının ləğv edilməli olduğunu bəyan edib. Bu qrupun ləğvi Azərbaycanın Ermənistanla sülh sazişi imzalaması üçün şərtlərindən biridir.

Check Also

Kelloq: ABŞ Ukraynanı Rusiya ilə sülhə məcbur etmək niyyətində deyil

Vaşinqton Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya ilə sülh razılaşmasına məcbur etməyəcək. Boyukmillet.com“Reuters”ə istinadən xəbər verir …