Şənbə , 3 Oktyabr 2026
Drone Cameras

2-3 AYA YEKUNLAŞACAQ! Türkiyədən Ermənistanla bağlı ŞOK QƏRAR

Türkiyə Ermənistanın Gümrü şəhərinə aparan hissədə dəmir yolu infrastrukturunun bərpası işlərinə start verir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin həmsərhəd Akyaka şəhərinin meri Ercan Toptaş məlumat verib.

Onun qiymətləndirmələrinə görə, bərpa prosesinin iki-üç ay ərzində başa çatdırılması planlaşdırılır.

Layiha çərçivəsində artıq tikinti işlərinin aparılması üçün rəsmi tender elan olunub. Bu işlərə Akyaka ilə Gümrü arasında torpaq yolunun çəkilməsi də daxildir.

Akyaka merinin sözlərinə görə, dəmir yolu əlaqəsinin bərpası hər iki ölkənin iqtisadiyyatına güclü təkan verəcək, eləcə də sənaye və kənd təsərrüfatı sahələrində birgə layihələr üçün yeni perspektivlər açacaq.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …