Bazar ertəsi , 1 İyul 2024

Yearly Archives: 2017

Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın iclasının nəticələrinə dair Protokol imzalanıb

Aprelin 13-17-də Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın IV iclası keçirilib. Bu barədə AZƏRTAC-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov, Rusiya nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin rəsmisi, Rusiya Federasiyası …

Read More »

İspaniyanın “Atletiko” komandası antirekorda imza atıb

Futbol üzrə İspaniya La Liqasının XXXII turu çərçivəsində “Osasuna”nı qəbul edən “Atletiko” antirekorda imza atıb. “Report”un məlumatına görə, Madrid təmsilçisi ölkə çempionatında ardıcıl 6-cı penaltini qola çevirə bilməməklə tarixə düşüb. “Atletiko”nun 3:0 hesabı ilə qalib gəldiyi görüşdə qonaq komandanın qapıçısı Salvatore Siriqu 89-cu dəqiqədə Yannik Karraskonun, 1 dəqiqə sonra isə Tomas Parteyin zərbəsini dəf edib. Qeyd edək ki, “Atletiko” “Osasuna”nı …

Read More »

Dələduzluqda təqsirləndirilən keçmiş polis rəisinin arvadının məhkəmə istintaqı başa çatıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. “Report”un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. Növbəti məhkəmə prosesi aprelin 26-na təyin edilib. Qeyd edək ki, L.Əkbərova təxminən 150 min manat məbləğində pulu …

Read More »

Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açdı. Prezident İlham Əliyevin giriş nitqi -Bu gün Yevlax rayonunda qeyri-neft ixracatçılarının birinci respublika müşavirəsi keçirilir. Bu müşavirənin böyük əhəmiyyəti var. Əminəm ki, müşavirədən sonra bizim qeyri-neft ixracımız artacaq. Bunu deməyə əsas var. Çünki son illər …

Read More »

Prezident İlham Əliyev Yevlaxda Aran Regional İnkişaf Mərkəzi ilə tanış olub

Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yevlax şəhərində Aran Regional İnkişaf Mərkəzi ilə tanış olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Aran Regional İnkişaf Mərkəzinin foyesində təşkil edilmiş ixracyönümlü qeyri-neft məhsullarının sərgisi ilə tanış oldu. İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına sərgidə nümayiş olunan məhsullar barədə məlumat verdi. Bildirildi ki, sərgidə qeyri-neft məhsulları ixrac edən 60-dan çox şirkətin 450-yə …

Read More »

Sabah havanın temperaturu yüksələcək

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, aprelin 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 8-12° isti, gündüz 18-23° isti, Bakıda gecə 9-11° isti, gündüz 20-22° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 763 mm …

Read More »

YAP rəsmisi: “Konstitusiyada edilən dəyişikliklər Türkiyə tarixində yeni səhifə açacaq”

“Aprelin 16-da Türkiyə konstitusiyasında dəyişikliklər edilməsi üçün referendum keçirilməsi bütün dünyanın diqqətində idi. Çünki Türkiyə sıradan bir dövlət deyil, bu gün regionun və dünyanın siyasi proseslərinə ciddi şəkildə təsir edə bilir. Bu baxımdan, həmin ölkənin gələcək strateji yolunu seçməsi dünya dövlətlərinin marağına səbəb olub”.“Report”un xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, …

Read More »

Binəli Yıldırım: İstefa verəcəyəm

İnterpress.az-ın məlumatına görə, Ankarada mitinqdə çıxış edən B.Yıldırım Türkiyənin bu cür sistemə keçidinin mümkün olmadığını deyib. Baş nazir deyib: “Artıq bir şey uydura bilməyənlər indi deyir ki, Türkiyə referendum nəticəsində unitar sistemdən imtina edəcək. Yəni bir mərkəzi hökumət və çoxlu kiçik hökumətlər olacaq. Əgər bu cür sistem yaranarsa,mən partiya sədri və baş nazir olaraq istefa verəcəyəm”. B.Yıldırım federallıq məsələsinin Türkiyə …

Read More »

“Məscid yığışıb qərarlar qəbul etmək üçün yer deyil”

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən S. Novruzov bildirib ki, bu ərəfədə ara qatmaq istəyən qüvvələr var. “Özümüz də bu məsələlərə ayıq-sayıq yanaşmalıyıq. Jurnalistlər də bu məsələdə diqqətli olmalıdır. Bu barədə cəmiyyətə düzgün məlumat verilməlidir. Hacı Cavad məscidindən bir qədər aşağıda Təzə Pir məscidi var. İbadət etmək istəyirsənsə, oraya gedə bilərsən. Məscidin funksiyası ondan ibarət deyil ki, kimsə …

Read More »

Flora Kərimova: “O məni satmayan yeganə varlıqdır”

Səsinin, sənətinin, şəxsiyyətinin heyranı olduğum insandır o… Sevdiklərini ömür qatarında yola salıb, arxasınca baxmağı özünə qadağan edən, dünyanın zalımlığından yorulanda öz hücrəsində belə dincliyi olmayan, yer üzündəki bir itin də ancaq onu tapmasından gileylənən, sonda yerdəkilərdən bezib “gedəcəyəm, göylər məni çağırdı” deyə hayqıran sənətkardır Flora Kərimova… Kim nə deyirdesin, amma xalqın ona olan sevgisi heç vaxt bir damla belə əskilmədi. …

Read More »