Bazar ertəsi , 1 İyul 2024

Yearly Archives: 2017

Azərbaycan prezidenti MDB sammitində çıxış edib

Azərbaycan prezidenti Rusiyanın Soçi şəhərində keçirilən MDBdövlət başçılarının sammitində iştirak edib. APA-nın Soçiyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, Azərbaycan prezidenti MDB liderlərinin məhdud tərkibdə keçirilən görüşündə çıxış edib. Qeyd edək ki, MDB liderlərinin məhdud tərkibdə keçirilən görüşünün yalnız protokol hissəsi mətbuat üçün açıq olub. Boyukmillet.com

Read More »

Azyaşlı qızını zəhərləyən ana: “Bir il əvvəl də onu öldürmək istəyirdim”

Qusarda 5 yaşlı qızını zəhərləyib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın ibtidai istintaqa verdiyi ifadə məlum olub. APA-nın xəbərinə görə, Saypullayeva Gülnarə Qurbanovna elan olunmuş ittihamla özünü tam təqsirli bilərək, ifadəsində göstərib ki, o, Qusar rayonunun Hil kəndində Rafiq adlı şəxsə məxsus fermada rəsmi nikahda olmadığı Bəxtiyar Ömərovla birlikdə yaşayıb. Evlilik münasibətlərindən 2012-ci ildə Luiza adlı qızı dünyaya gəlib. O deyib ki, …

Read More »

PwC: Rusiyaya qarşı sanksiyalar yürüdüldükdən sonra Qərb şirkətləri Azərbaycanı seçdi

“Neftin kəskin ucuzlaşmamışdan öncə Azərbaycan postsovet məkanında ən yaxşı makroiqtisadi göstəricilərə malik idi. Belə ki, ölkənin xarici borcunun ÜDM-ə nisbəti olduqca aşağı, milli valyutası sabit, strateji valyuta ehtiyatlarının həcmi isə yüksək idi. Lakin neftin ucuzlaşmasından sonra vəziyyət dəyişdi, nəticədə ölkənin gəlirləri və ehtiyatları azaldı. Beləliklə, hökumət Azərbaycana yeni gəlir və ya investisiya cəlb etmək üçün yollar axtarmağa başladı”. “APA-Economics” xəbər verir …

Read More »

“Türkiyə-ABŞ qarşıdurmasında Bakı kimin tərəfindədir” – VİDEOSORĞU

Son günlər Türkiyə ilə ABŞ arasında siyasi münasibətlər gərginləşib. Türkiyədə  ABŞ konsulluğunun bir əməkdaşının həbs olunmasından sonra qarşılıqlı olaraq viza prosedurlarının təxirə salınması ikitərəfli münasibətlərdə yeni bir böhranın yaranmasına səbəb olub. Oktyabrın 8-də ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsi səbəb olub. M.Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs …

Read More »

Ziya Bünyadov niyə ağlayırdı? – Sabir Rüstəmxanlının kitab təqdimatından reportaj

Yazıçılar Birliyinin Natəvan klubunda ənənəvi tədbir… Bu dəfə gözəl yazıçımız Sabir Rüstəmxanlı başda əyləşib. Söhbət nə söhbət? Roman müzakirəsi… Sabir müəllimin qələmindən çıxan “Akademikin son əsəri” romanının… Uzun-uzadı şərh etməyə gərək yoxdur. Hamımız tədbirlərin necə başladığını yaxşı bilirik. Məsələn, mütləq giriş sözünü filankəs açdı deməliyəm? Məncə, yox. Gərək tədbirin formatı kimi olmasın mənim yazdığım. Yazımın başındakı ilk ad Sabir Rüstəmxanlıdır. …

Read More »

Əli Həsənov: “Bu tipli qərəzli sənədlərin qəbul edilməsi Azərbaycanı Avropa Şurası ilə münasibətlərə yenidən baxmağa məcbur edir”

“Hesab edirəm ki, AŞPA müəyyən maraqlı anti-Azərbaycan dairələrin subyektiv mülahizələri əsasında hazırlanmış və xüsusi məqsəd daşıyan bu sənədləri qəbul etməklə, növbəti dəfə ölkəmizə qarşı öz qərəzli və ədalətsiz mövqeyini nümayiş etdirdi”. Bunu APA-ya açıqlamasında Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün AŞPA-da Azərbaycana dair qəbul olunmuş sənədlərə münasibət bildirərkən deyib. “Məlumdur ki, Azərbaycan bu quruma üzv olduğu …

Read More »

Aysel Əlizadə: “Maaşı 300-400 manat olan oğlana ərə getmərəm”

“İnsan sevgisiz yaşaya bilməz. Bu, şərt deyil ki, qarşı tərəfdə mütləq kimsə olmalıdır. İnsanın həyatda sevdiyi şəxs olmalıdır. Onun üçün özəl olmalıdır, onun üçün yaşamalıdır. Bu, önəmli hisslərdir. O yoxdursa, insanın həyatda zövq alacağı nəsə olmalıdır. İnsan yaxınını, doğmasını da sevə bilər. Onların sevgisiylə də yaşaya bilər”.   Bunu müğənni Aysel Əlizadə deyib:   “Mən Aysel Əlizadə olaraq, çox şükür, …

Read More »

Azərbaycanda siqaret və spirtli içkilər bahalaşacaq – Deputatdan qiymət artımı mesajı

“Azərbaycanda aksiz vergisi artırılarsa, o zaman tütün və alkoqollu içkilərində qiymətində artım olacaq”.   Boyukmillet.com xəbər verir ki, bunu BakuPost.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin aksiz vergisinin dərəcələrinin dəyişdiriləcəyi ilə bağlı sözlərini şərh edərkən deyib. Deputat bildirib ki, idxalda şəffaflıq olduğu üçün vergilər də artırıla bilər: “Biz hələ 2016-cı ilin axırlarında bir sıra vergi məcəllələrinə …

Read More »

Elçibəyin qardaşının yas mərasimi Heydər Məscidində keçiriləcək

Xəbər verdiyimiz kimi Azərbaycanın ikinci prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev bu gün 83 yaşında vəfat edib.  A.Əliyev Sulutəpə qəbiristanlığında dəfn olunub. Boyukmillet.com xəbər verir ki, Almurad Əliyevin 3 və 7 mərasimləri bir yerdə – oktyabrın 14-də Heydər Məscidində keçiriləcək.

Read More »

Elçibəyin qardaşının yas mərasimi Heydər Məscidində keçiriləcək

Xəbər verdiyimiz kimi Azərbaycanın ikinci prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev bu gün 83 yaşında vəfat edib.  A.Əliyev Sulutəpə qəbiristanlığında dəfn olunub. Boyukmillet.com xəbər verir ki, Almurad Əliyevin 3 və 7 mərasimləri bir yerdə – oktyabrın 14-də Heydər Məscidində keçiriləcək.

Read More »