Bazar ertəsi , 20 May 2024

Yearly Archives: 2018

Şahid: “Saakaşvilini saçlarından tutub yerə uzatdılar və…”

Eks-prezidentin Ukraynada son anını görən azərbaycanlı Ağa Zeynalovdan “Yeni Müsavat”a maraqlı açıqlamalar Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Ağa Zeynalov hazırda Ukraynadadır. O, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Kiyevin “Suluquni” restoranında həbsinin və döyülməsinin təsadüfən şahidi olub. Daha sonra hava limanına gedərək deportasiya prosesini də izləyib, bu zaman təhlükəsizlik xidmətinin əməkdaşları onun telefonunu da sındırıblar. Ağa Zeynalov Kiyevdən sonra Odessada, …

Read More »

Pakistanda 6 yaşlı qızı “zorlayıb öldürənə” 4 ölüm cəzası kəsilib

Pakistan məhkəməsi ötən ay 6 yaşlı qızı zorlayıb öldürməkdə ittiham edilən 24 yaşlı İmran Əliyə 4 ölüm cəzası kəsib. Qaldığı evinin yanındakı ərazini naməlum şəxslə tərk edən Zeynəb Ənsarinin cəsədi hadisədən bir neçə gün sonra şəhər zibilxanalarının birində aşkar olunmuşdu. Yerli sakinlər polisi yararsız istintaq və cinayətə ləng reaksiya verməkdə qınayırlar. Şənbə günü Pəncab əyalətində işini yekunlaşdıran məhkəmə iclası sərt …

Read More »

Rusiyada dəhşətli yanğın: Ölən azərbaycanlıların sayı 5 nəfərə çatıb – SİYAHI

Rusiyanın Orenburq şəhərində yanğın nəticəsində yaralananlar azərbaycanlılardan biri xəstəxanada ölüb. Bu barədə APA-nın Rusiya bürosuna Orenburqdakı Azərbaycan icmasının rəhbəri Yaşar Məsimov bildirib. Fevralın 12-də Orenburq şəhərinin Salmışskaya küçəsi 58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində baş verən yanğın nəticəsində ağır yanıq xəsarəti alan 1992-ci il təvəllüdlü Quliyeva Sədaqət Eysevər qızı bu gün xəstəxanada ölüb. Diaspor rəhbəri yanğın nəticəsində yaralanan şəxslərdən hazırda …

Read More »

Şəmistan Əlizamanlının Afrin əməliyyatına dəstək mahnısı – Türkiyədə gündəm oldu + VİDEO

Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlının“Zeytun budağı”na Azərbaycan türklərinin də dəstəyini  nümayiş etdirən mahnısı qardaş ölkədə böyük rəğbətlə qarşılanıb.   Bəstəkar və ifaçı Şəmistan Əlizamanlı Əhməd Cavadın sözlərinə türk əsgərlərinə həsr olunmuş “Yürüyün, əsgər, yürüyün” mahnısını bəstələyib.Türk ordusunun sivillərə qarşı həssaslığının da qeyd olunduğu bəstədə eyni zamanda qardaş ölkə əsgərlərinin məsum vətəndaşların imdadına yetişdiyi vurğulanır.Şəmistan Əlizamanlının bu mahnısına …

Read More »

Sarkisyan diplomatla Azərbaycan türkçəsində danışdı: “Haralısan?”

Münhen Təhlükəsizlik Konfransının panel sessiyasında Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi, gənc diplomat Sədi Cəfərov Ermənistan prezidenti Serj Sarkisyana suallarla müraciət edib. Boyukmillet.com xəbər verir ki, Virtualaz.org-a diplomatik mənbələrdən məlum olub ki, erməni prezidenti nitqini tamamladıqdan sonra diplomata yaxınlaşıb və onunla Azərbaycan türkcəsində danışıb. Azərbaycan diplomatı çıxış edən S.Sarkisyana müraciət edərək qeyd edib ki, öz işğal siyasətinə görə Ermənistan bu gün bütün …

Read More »

“Azərbaycan və erməni xalqları düşmən deyil” — Əli Həsənov

Azərbaycanda səfərdə olan İsveç Krallığının xarici işlər naziri Marqot Vallström baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüb.   Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə M. Vallström deyib ki, İsveç Avropada adambaşına düşən qaçqınların sayına görə birinci yerdədir.   İsveç xarici işlər naziri bildirib ki, …

Read More »

Əsəd Afrinə hücuma keçir, Türkiyə ordusu… – Rusiyadan qanlı döyüş XƏBƏRDARLIĞI

Rusiyalı ekspertlər Türkiyənin Afrin əməliyyatını dəyərləndirib. Boyukmillet.com Publika.az-a istinadən xəbər verir ki, Dumanın Müdafiə komitəsinin rəhbəri Vladimir Şamanov Türkiyənin Afrindəki maraqlarının nəzərə alınmasının vacibliyini qeyd edib: “Türkiyənin burada maraqlarının olduğu məlumdur. Buna görə də anlaşmaq lazımdır. Türkiyə, Rusiya və İran masaya əyləşməli və mexanizmlər hazırlanmalıdır”. Rusiyalı politoloq Maksim Jarov isə kürdlər və Əsəd rejiminin Suriya ordusunun Afrinə girməsi ilə bağlı …

Read More »

ABŞ Öcalan və Qəndili sildi: Tillersonun təklifinin sirri…

ABŞ PKK lideri Abdullah Öcalanı və Qəndil rəhbərliyini silib. Boyukmilet.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Reks Tillersonun Türkiyəyə “PYD PKK-ya qarşı vuruşa bilər” təklifini şərh edən ehtiyatda olan türk polkovnik Ünal Atabay deyib. Atabayın sözlərinə görə, ABŞ Qəndilə uzun müddətdir rəhbərlik edən heyəti silməyi və qruplaşmanın Suriya qolu olan, daha çox yoxlamalara məruz qalan YPG-nin …

Read More »

Azay Quliyevdən prezidentin çağırışına dəstək

“Şuranın 2-ci qrant müsabiqəsinin əsas mövzularından biri Göyçə, Zəngəzur, İrəvanla bağlı olacaq” “QHT-lərə Dövlət Dəstəyi Şurasının tezliklə elan edəcəyi 2-ci qrant müsabiqəsinin əsas mövzularından biri XX əsrin əvvəllərində itirilmiş torpaqlarımızın (Göyçə, Zəngəzur, İrəvan) tarixinin, toponimikasının, mətbəxinin və öyrənilməsinə və təbliğinə həsr olunacaq”. Boyukmillet.com xəbər verir ki, bunu tvitter hesabında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bəyan edib. …

Read More »

Azərbaycanlılarla türklər Macarıstanda PKK tərəfdarları ilə üz-üzə gəldi

Macarıstandakı PKK tərəfdarları Türkiyə səfirliyinin qarşısına yığışaraq Suriyanın Afrin bölgəsində aparılan “Zeytun budağı” əməliyyatına etiraz ediblər. Boyukmillet.com Milli.az-a istinadən xəbər verir ki, Macarıstanda yaşayan türklər və azərbaycanlılar etiraz aksiyası keçirən PKK tərəfdarlarının cavabını layiqincə veriblər. Belə ki, səfirliyin qarşısına yığışan azərbaycanlılar türklərlə birlikdə “Şəhidlər ölməz, vətən bölünməz!”, “PKK terror təşkilatıdır!” şüarları səsləndiriblər. Onlar birlikdə İstiqlal marşını oxuyublar. Nəticədə 30 nəfərdən …

Read More »