Bazar ertəsi , 20 May 2024

Yearly Archives: 2018

Mətbuat Şurası Osman Nərimanoğlunun demokratik.az saytını “reket” elan etdi – Adı “qara siyahı”ya salındı

Noyabrın 20-də Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Mətbuat Şurasından Azinforum.az-a verilən məlumata görə, toplantıda bir sıra KİV-lərin fəaliyyətilə bağlı edilən şikayətlərə baxılıb və müvafiq qərarlar çıxarılıb. İclasda müzakirəyə çıxarılan məsələlərdən biri də, Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovun təkrar olaraq “Demokratik.az” Xəbər Portalına qarşı şikayəti ilə bağlı olub. Şikayətçiyə məlumat verilib ki, “Demokratik.az” Xəbər Portalının …

Read More »

“Məhkəmənin Nardaran sakinlərinə ədalətsizliyi davam edir”- Prezidentə videomüraciət

Bir qrup Nardaran sakini ilə “Azərbaycan” nəşriyyatı arasında məhkəmə çəkişməsi davam edir. Xatırladaq ki, nəşriyyat rəhbərliyi tərəfindən Nardaran sakinlərinin torpaqlarının əllərindən alınması ilə bağlı məsələ haqda AFN-də və digər çoxsaylı media orqanlarında dəfələrlə yazılıb. (https://afn.az/bildiris/74564-nardaran-sakinlerinin-qanuni-mulklerine-kim-goz-dikib-.html)   Haqlarının pozulduğunu deyən Nardaran sakinləri növbəti dəfə mediaya üz tutaraq prezident İlham Əliyevə videomüraciət ediblər. Şikayətçilər bir daha xatırladırlar ki, bu mübahisənin yaranmasına səbəb …

Read More »

“İçimizdəki hansısa qara əl parçalanmaya xidmət edir” – Qaçqınlar Cəmiyyətinin sədri – MÜSAHİBƏ

Müsahibimiz Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, tədqiqatçı alim Əziz Ələkbərlidir. Boyukmillet.com onunla söhbəti təqdim edir. – Əziz müəllim, bir neçə ay əvvəl Azərbaycan Qaçqınlar Cəmiyyətinin keçirdiyi tədbirdə Qərbi azərbaycanlıların 1948-1953-cü illər deportasiyasının 70 illiyi və 1988-ci il soyqırımının 30 illiyi ilə bağlı məsələ qaldırdınız, sizin bu təşəbbüsünüz bir qrup QHT rəhbəri tərəfindən dəstəkləndi və hətta məsələ ilə bağlı dövlət başçısına, ictimaiyyət …

Read More »

İvanişvili azərbaycanlılara nələr söz verdi, nələr etdi?

Gürcüstan demokratikləşir, ciddi siyasi mübarizə və ictimai fəallıq poliqonunu xatırladır. Bu sevindiricidir. Boyukmillet.com xəbər verir ki, bu sözləri “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib. O bildirib ki, milli azadlıq mübarizəsinin hədəflərindən birini Gürcüstanın timsalında yaşayırlar: “Mühafizəkar zehniyyətlə yeni, demokratik zehniyyətin mübarizəsi göz önündədir. Demokratiyanın və ümumiyyətlə islahatların Saakaşvili modeli o qədər sürətli və heyranedici idi ki, bu sürətə vərdiş …

Read More »

Türkiyə ordusundan terrorçulara ağır zərbə: PKK-nın dayaq məntəqələri məhv edildi

Türkiyə Silahlı Qüvvələri Diyarbəkir vilayətində PKK terror təşkilatına qarşı növbəti əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, əməliyyat nəticəsində terrorçuların 3 dayaq məntəqəsi məhv edilib. Bundan başqa, əməliyyat çərçivəsində çoxlu sayda silah-sursat, qaz balonları, eləcə də ərzaq məhsulları ələ keçirilib. Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyinin hesabatına əsasən, 2018-ci il ərzində Türkiyə ərazisində PKK-ya qarşı 87 838 əməliyyat keçirilib. (Avropa.info) …

Read More »

Qara Qarayev: Azərbaycan himni bu qədər fitə basılmamışdı

Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev Millətlər Liqasının VI turunda səfərdə Kosovoya 0:4 hesabı ilə məğlub olduqları oyundan sonra matç haqqında fikirlərini bölüşüb. Mətbuat konfransında məğlubiyyətlə yanaşı, kosovolu azarkeşlərin himnimizi fitə basması müzakirə mövzusu olub. “Heç bir stadionda Azərbaycan himni bu qədər fitə basılmamışdı. Bu yaxşı hal deyil. Bakıya gələndə xalqımız onları normal qarşılayıb. Siyasi məsələlərdən asılı olmayaraq, kosovoluları yaxşı qarşıladıq. Etdikləri …

Read More »

Gürcüstan Saakaşvilinin və müxalifətin dəstəklədiyi Grigol Vaşadzeyə səs verəcək!

Noyabrın 28-də prezident seçkilərinin 2-ci turunda Gürcüstan özünün yeni prezidentini seçəcək. Gürcüstanda prezident seçkilərinin 2-ci turuna isə az bir vaxt qalıb. Prezident seçkilərinin nəticələri Gürcüstanda yaşayan bütün xalqların, o cümlədən də Azərbaycanlıların taleyində mühüm rol oynayacaq.    Seçkilərin 2-ci turunda 2 namizəd var. Namizədlərdən biri Grigol Vaşadze Gürcüstanın 3-cü prezidenti Gürcüstanı dünya miqyasında nüfuz sahibi edən Mixail Saakaşvilinin namizədidir.  2-ci …

Read More »

Azərbaycanın düşmən üzərində artan hərbi üstünlüyü Ermənistanda daha böyük qorxu yaratmağa başlayıb

Hərb müstəvisində Azərbaycanın düşmən Ermənistan üzərində kifayət qədər böyük üstünlüyə malik olması bu gün həm beynəlxalq miqyasda, həm də işğalçı ölkənin özündə belə açıq şəkildə etiraf olunur. Eyni zamanda, ona da diqqət yetrilir ki, ötən dövr ərzində Azərbaycanın hərbi qüdrəti artdığı halda, Ermənistanda bunun tamamilə əksi yaşanıb. Məhz bu fonda o da xüsusi olaraq vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi …

Read More »

Paşinyan şoka düşüb: Əsgərlikdəki oğlu evdən yemək istəyir

Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan orduda əsgərlər üçün verilən qidaların keyfiyyətindən narazılığını bildirib. Boyukmillet.com yerli KİV-ə istinadən bildirir ki, Paşinyan bu barədə dünən keçirdiyi mətbuat konfransında danışıb. O, silahlı qüvvəllərdə əsgərlərin qida rasionunun düzgün olmadığını və yeməklərin keyfiyyətsiz olduğunu qeyd edərək deyib: “Mən yeməkdən narazıyam. Döyüş mövqelərinə gedəndə xahiş etdim ki, mənə dadmaq üçün əsgər yeməyi gətirsinlər. Qidaları …

Read More »