Çərşənbə axşamı , 21 May 2024

Yearly Archives: 2018

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 27 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Tağıbəyli, …

Read More »

Rusiyada təyyarə ermənini vurdu – Tikə-tikə oldu (Video)

Moskva-Afina sərnişin təyyarəsi Şeremetyevo aeroportunun uçuş zolağında adam vurub. Boyukmillet.com baku.ws-ə istinadən xəbər verir ki, insident dünən Moskva vaxtı ilə 20:10-da baş verib. Təyyarə həkətə başladıqdan bir qədər sonra heyət üzvlərinə təyyarənin naməlum obyekti vurduğu məlumatı verilib. Təyyarə dərhal geri qayıdıb. Təyyarəyə baxış keçirdikdən sonra uçuş zolağında insan qalıqları müəyyən edilib. Məlum olub ki, təyyarənin vurduğu şəxs ermənidir. O, İspaniyadan deportasiya …

Read More »

Məktəb direktorunun qohumları tanınmış aktyora hücum etdi – Foto

“Dolu” filmindən tanınan və sevilən məşhur aktyor, “Drakon” obrazını canlandıran Rza Rzayevlə problem yaşadığı məktəb direktoru arasında qalmaqal yaşanıb.Azinforum.az xəbər verir ki, hadisə Nizami Rayon Məhkəməsinin qarşısında baş verib. Belə ki, 220 saylı məktəbdə təhsil alan 3 şagirdin valideyni və aktyor arasındakı məhkəmə çəkişməsinin növbəti iclasından əvvəl məhkəmənin qarşısına gələn əvvəllər 220 saylı məktəbin direktor əvəzi olan Tural Mirzəliyev və …

Read More »

Şeyxin müavini məktəblərdə dini dərslərin keçirilməsini vacib SAYIR: “Yoxsa İŞİD-ə qoşulacaqlar”

“Orta məktəblərdə dini dərslər tədris olunmasa, gələcəkdə İŞİD-ə qoşulanlar çox olacaq” Boyukmillet.com xəbər verir ki, bunu “Mənəvi dəyərlərin təbliğində dini təhsil amili” adlı konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib. O qeyd edib ki, mütləq şəkildə orta ümumi təhsil müəssisələrində din tədris olunmalıdır: “Elə bir zaman gələcək ki, peşman olacaqsınız. Görəcəksiniz ki, nə qədər gənc İŞİD kimi təşkilatlara qoşulacaq. …

Read More »

Meral Akşenerdən ilginc açıqlama: “Mübariz İbrahimov kimi…” – Video

Partiya başqanı çıxışı zamanı Mübariz İbrahimovdan bəhs edib. Türkiyənin İyi Partiyasının başqanı Meral Akşener bu gün Böyük Millət Məclisində partiyasının qrup toplantısında çıxış edib. Partiya başqanı çıxışı zamanı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edib. O, “Mübariz İbrahimov kimi təkbaşına ayağa qalxacağıq”, – deyib. M.Akşener daha sonra Türkiyədə saxlanılan və İrana təhvil verilməsi gözlənilən Rahim Cavadbəylidən danışıb: “Azərbaycan var olsun, …

Read More »

Novruz Novruzlu vəfat etdi

“Savalan” mistik qrupunun bədii rəhbəri, Azərbaycan Akademik və Opera Balet Teatrının aktyoru Novruz Novruzlu vəfat edib. Oxu.Az-ın məlumatına görə, N.Novruzlu ötən gecə dünyasını dəyişib. Qeyd edək ki, N.Novruzlu “Ulduz” tamaşasında Zəfər, “Arşın mal alan”da Əsgər, “O olmasın, bu olsun” tamaşasında Sərvər rollarını ifa edib.  Bir müddət “Şərq ansamblı”nda solist kimi fəaliyyət göstərib. Allah rəhmət eləsin!

Read More »

“Azərbaycan müharibə şəraitində olduğundan…” – Gürcüstanın kredit borclarını silmə qərarına bizim deputatın reaksiyası

Samir Əliyev: ”İqtisadçılar Azərbaycanda əhalinin borcunun üç hissəyə bölünməsini təklif etmişdi” Gürcüstanın 600 mindən çox vətəndaşının banklar, onlayn kredit verən maliyyə təşkilatları və digər maliyyə qurumlarına olan borcları silinəcək. Yenicag.az “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze keçirdiyi brifinqdə bildirib. O deyib ki, borcların sıfırlanması prosesinə dekabrın 15-də başlanılacaq və dekabrın 31-dək başa çatdırılacaq:“Qara siyahı”da göstərilmiş …

Read More »

Gənc oğlan toy günü özünü asdı: – “Atasının bu sözlərindən sonra…”

Noyabrın 18-də Salyan rayonunun Yolüstü kənd sakini 28 yaşlı Seyran Dadaş oğlu Kərimov intihar edib. Kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Seyran Kərimovun intiharına səbəb atasının onu danlaması olub: “Seyran ailəlidir və iki uşaq atasıdır. Onun iki ay bundan öncə həyat yoldaşı ilə aralarında mübahisə olub. Həyat yoldaşı həmin mübahisədən sonra evi tərk edərək, uşaqlarını da götürüb atası evinə gedib. …

Read More »

Gəncədə dəhşətli partlayış: ölənlərin sayı artdı – Video/23+

Gəncə şəhərində dördmərtəbəli binada partlayış olub. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən “Füzuli” parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib. Nəticədə 3-cü blokun bir hissəsi çöküb. İlkin məlumatlara görə, dağıntılar altında qalanlar var. Ölənlərdən birinin meyiti dağıntılar altından çıxarılıb. Hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın meyiti dağıntılar altından çıxarılaraq adiyyəti üzrə təhvil verilib. İlkin məlumatlara görə …

Read More »

Sabir Rüstəmxanlı imza günü keçirir – FOTO

Xalq şairi Sabir Rüstəmxanlının yeni kitabının imza günü keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Xalq şairi Sabir Rüstəmxanlının yeni çap olunmuş “Astar” kitabının imza günü keçiriləcək. İmza günü 24 noyabr 2018-ci il, saat 18:00-da “Qanun” Nəşrlər Evinin “Park Bulvar”da keçirilən kitab yarmarkasında təşkil olunacaq. Xalq Şairi Sabir Rüstəmxanlı İnterpress.az-a açıqlamasında bildirib ki, Kitablarımla maraqlananları, dostlarımı, VHP- …

Read More »