Çərşənbə , 3 İyul 2024

Yearly Archives: 2018

17 il həbs cəzası alan şəxs: “Ana söyüşü söydü, öldürdüm. Əcəb eləmişəm”

Evinə gələn şəxsi qətlə yetirməkdə ittiham edilən İsgəndər Hüseynov hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1963-cü il təvəllüdlü Hüseynov İsgəndər Şükür oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hadisənin əsas şahidi mərhumun və təqsirləndirilən şəxsin kirayədə yaşadığı evin sahibi Xanım İmamverdiyeva dindirilib. O deyib ki, …

Read More »

Güney Azərbaycan əhalisi Türkiyə və Azərbaycan kanallarına baxır – İran televiziyasının rəhbəri şikayətləndi

İran Radio və Televiziya Təşkilatının Şərqi Azərbaycan vilayətində yayımlanan “Səhənd” telekanalının rəhbəri peyk üzərindən yayımlanan Türkiyə televiziya kanalları ilə qeyri-bərabər bir rəqabətdə olduqlarını ifadə edib. Turkustan.info “Amerikanın səsi”nə istinadən verdiyi xəbərə görə, Seyyid Mühsin Lətifi bu sözləri iyunun 10-da İran İslam Respublikasının rəsmi orqanı olan “İran” qəzeti ilə müsahibədə dilə gətirib. Təbrizdə əhalinin 75 faizinin TürkSat üzərindən yayımlanan telekanalları izlədiyini bildirən Lətifi, …

Read More »

Rusiyalı nazirdən qadınlara ŞOK ÇAĞIRIŞ: “Onlarla yatsanız…”

Rusiyanın Ailə, Qadın və və Sosial Siyasət naziri Tamara Pletneva 2018 Dünya Çempionatının başlamasından bir neçə saat öncə qadın vətəndaşlara müraciət edib. Boyukmillet.com xəbər verir ki, nazir qadınlara Dünya Çempionatını izləməyə gələn azarkeşlərlə cinsi əlaqədə olmamağa dair xəbərdarlıq edib. O, bu mövzunun mənfi nəticələr doğura biləcəyini deyib: “Ölkəmizə gələcək bir çox kişi ilə münasibət qurmaq ailələrimizin parçlanmasına səbəb olar bilər. Xüsusilə, …

Read More »

DAK Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edir. Təbrikdə deyilir: “Əziz müsəlmanlar! Sizi Ramazan bayramı münasibəti ilə təbrik edir, ayların sultanı olan Ramazan ayında tutduğunuz orucun, ibadət və dualarınızın qəbul olunmasını Allahdan diləyirəm. Ramazan ayı insanın öz nəfsi ilə mübarizəsini əks etdirməsi baxımından hər bir fərdin dünyagörüşündə xüsusi …

Read More »

Günnütün işğaldan azad edilməsi kimləri və niyə narahat edir? – Fotolar

Ermənistan silahlı birləşmələrinin 2016-cı il aprelin ilk günlərində cəbhə xəttində növbəti təxribata əl atması – mövqelərimizə soxulmaq cəhdi işğalçı dövlətin böyük itkilər verməsi ilə nəticələnib. Azərbaycan ordusunun ön xətdə olan birləşmələri erməni təxribatının qarşısını alarkən, əks hücuma keçib, düşmənə sarsıdıcı zərbə vurub, bir sıra ərazilərə, o cümlədən Lələ Təpə kimi bəzi strateji yüksəkliklərə nəzarəti təkrar bərpa edib. Yalnız bu əməliyyatdan …

Read More »

“TANAP Azərbaycanın həm iqtisadi gücünü, həm də beynəlxalq nüfuzunu artıracaq”

Boyukmillet.com xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azay Quliyev deyib. A.Quliyev bildirib ki, TANAP Azərbaycanın Avropanı Asiya ilə birləşdirən çox mühüm enerji layihəsidir. Millət vəkili qeyd edib ki, bu layihənin təkcə iqtisadi əhəmiyyəti deyil, eyni zamanda, çox böyük siyasi və təhlükəsizlik baxımından da əhəmiyyəti var: “Cənab Prezident İlham Əliyev bundan əvvəl TANAP haqqında belə bir fikir səsləndirmişdi: “TANAP Avropanın …

Read More »

Əbülfəz Elçibəyin yanan bağ evi dağılmaq üzrədir VİDEOREPORTAJ, FOTOLAR

Mərhum prezident Əbülfəz Elçibəyin Mərdəkanda olan bağ evi dağılmaq üzrədir. Musavat.com-un müxbiri Ə.Elçibəyin qohumu, müstəqil jurnalist Çingiz Özgürlə birgə eks prezidentin ömrünün son illərini keçirdiyi bağ evinə baş çəkib. Birmərtəbəli, kürsülü olan ev bərbad vəziyyətdədir. Xüsusilə, 2015-ci ildə baş verən yanğın zamanı ev və içindəki əşyalar yararsız hala düşüb. Tavan və döşəmə tamamilə sıradan çıxıb. Həmçinin Ə.Elçibəydən qalan bəzi şəxsi …

Read More »

Azərbaycan, Türkiyə və Avropa üçün tarixi gün gəldi

Bu gün Türkiyənin Əskişəhər şəhərində Azərbaycan qazını Avropaya çatdıracaq Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi baş tutacaq. Boyukmillet.com Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, bir çox ölkənin dövlət və hökumət başçıları, energetika nazirləri, enerji şirkətlərinin rəhbərləri də iştirak edəcəklər. TANAP-ın açılış mərasimi Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Mərasimdən sonra …

Read More »

Yeni sədr aparat rəhbərini işdən çıxardı

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov vəzifəsindən azad edilib. APA-nın məlumatına görə, o öz ərizəsi ilə işdən ayrılıb. Qeyd edək ki, aprelin 11-də keçirilən prezident seçkilərindən sonra hökumətin yenidən formalaşdırılması zamanı Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

Read More »

Etibar Məmmədov 25 illik sirri Real-a açdı – VİDEO

AMİP sədri: İsa Qəmbər mənimlə qardaşımın evində görüşdü 1993-cü ilin iyun hadisələri ilə bağlı Real TV-nin araşdırmaları davam edir “Aktual müsahibə”nin bu dəfəki qonağı 1990-cı illərdə ana müxalifət pariyası AMİP sədri Etibar Məmmədovdur. O, Gəncə qiyamının pərdəarxası məqamları barədə danışıb. Etibar Məmmədov 1993-cü ildə İsa Qəmbərin istefa ərizəsini qardaşının evində ona verdiyini deyib. Müsahibəyə daha ətraflı videomaterialda baxa bilərsiniz.  

Read More »