Çərşənbə axşamı , 2 İyul 2024

Yearly Archives: 2018

Əli Həsənov Azərbaycana qarşı məkrli planı deşifrə etdi – sensasion açıqlamalar

Prezidentin köməkçisi: “Belələri 2013-cü ildə yeni bir məkrli plan quraraq, xarici dairələrin köməyi ilə “ Milyarderlər İttifaqı” yaratdı və “aldanmış kəvakib”dən istifadə edərək hakimiyyəti ələ keçirməyə cəhd etdilər” Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşkilatçılığı ilə “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda tədbir keçirilir. Musavat.com xəbər verir ki, tədbirdə prezidentin içtimai siyasi məsələlər …

Read More »

Gözəllik salonlarında qadınları gözləyən ölümcül xəstəliklər – Xanımların diqqətinə!

Paytaxtda gözəllik salonlarının sayı durmadan artır. İndi demək olar ki, hər addımbaşı qadın gözəllik salonlarına rast gəlmək olar. Təbii ki, təklifin bu qədər genişlənməsinə səbəb tələbin həddindən artıq çox olmasıdır. Gözəlləşmək, təravətlənmək gözəllik salonuna üz tutanların sayı kifayət qədərdir. Gözəllik qurban tələb edir, bir çoxları bu qurbanın sadəcə salonlara verdikləri pullar olduğunu düşünsə də, əslində daha çox öz sağlamlıqlarını qurban …

Read More »

Türkiyə İraqda 2 yaşayış məntəqəsini terrorçulardan azad etdi

Türkiyə Silahlı Qüvvələri (SQ) İraqın şimalında iki yaşayış məntəqəsini PKK terrorçularından azad edib. Qoşunların həyata keçirdiyi əməliyyat nəticəsində Hakkari vilayəti ilə sərhəddə yerləşən Karukr və Kani Raş kəndləri azad edilib. Digər təfərrüatlar barədə məlumat verilmir. Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələri martın 11-dən bölgədə əməliyyatlara başlayıb. (Avropa.info)

Read More »

Rövşən Tağıyev: Azərbaycanda hər kəsin seçmək və seçilmək hüququ təmin olunur

Azərbaycanda demokratik seçki ənənəsi formalaşıb. Bunu sechki-2018.az saytına açıqlamasında Birləşmiş Ukrayna Azərbaycanlılarının Konqresi və Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev deyib. Azərbaycanda demokratik seçki ənənəsinin əsasının hələ 100 il əvvəl qoyulduğunu deyən assambleya sədri söyləyib ki, həmin dövrdə Azərbaycanda demokratik respublika qurulub və qadınlara seçki hüququ verilib: “Halbuki, Avropa ölkələrində qadınlara seçki hüququ Azərbaycandan sonra verilib. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra demokratik …

Read More »

1918-ci il hadisələri — İrəvan qırğınları

Bu gün oxuculara İrəvanda baş verən qırğınlardan bəhs edəcəyik. 1828-ci ildə Rusiya-İran müharibəsinin qələbəsindən, yəni Türkmənçay müqaviləsindən sonra yaradılmış İrəvan vilayətinə Naxçıvan xanlığı ərazisinin də daxil olması ermənilərin torpaq iştahasını xeyli artırmış və onları öz məkrli məqsədlərini daha qətiyyətlə irəli sürməyə, nəyin bahasına olursa-olsun, bu yurda sahib olmağa sürükləmişdir. Ermənilər bu gün məhz tarixi ədalətsizliyin mahiyyətinə varmayaraq, daha doğrusu, bu …

Read More »

Zakir Həsənov Rəcəb Tayyib Ərdoğanla görüşüb – VİDEO

Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. “Report” xəbər verir ki, məlumatı Türkiyə prezidentinin rəsmi saytı yayıb. Görüşdə regional təhlükəsizlik, Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələrin əsas istiqamətləri, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, birgə təlimlərin keçirilməsi, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər …

Read More »

Avtobusda gənc oğlan qadınları döydü- VİDEO

Dünən axşam saatlarında 65 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda insident baş verib. “Qafqazinfo” xəbər verir ki, avtobusda gənc oğlan qadınlara qarşı ağır ifadələr işlətməklə bir neçə qadını döyüb. Kadrlardan görünür ki, sərnişin axınının çox olduğu saat 18 radələrində avtobusda ayaq üstə çətinliklə dayanan qadın qarşısındakı oturacaqda əyləşmiş gənc oğlandan bir qədər səliqəli oturmasını xahiş edir. Bu zaman …

Read More »

Şamaxının yeganə alim məktəb direktoru niyə və kimlərin əli ilə şantaj olunur?

Bir neçə gün əvvəl, sosial şəbəkələrdə edilən bir paylaşım diqqətimi çəkdi. Gördüm ki, orta məktəb müəlliməsi olan bir xanım filologiya üzrə fəlsəfə doktoru elmi adına layiq görüldüyü diplomun alınması ilə bağlı sevincini izləyiciləri ilə bölüşüb. Müəllimənin adı mənə tanış gəldi. Araşdırdıqda məlum oldu ki, həmin xanım son bir neçə ay ərzində ardıcıl informasiya basqısına məruz qalan əyalət məktəblərindən birinin direktorudur. …

Read More »

Samir Adıgözəlli: “… insanları təhqir etdirməyin ilkin müəllifi Əli Kərimli olub”

“Bu da o anlama gəlir ki, dediyiniz kateqoriyaya aid olan müxalifət söyüş söyənlərlə eyni sırada durur” Samir Adıgözəlli: “Onların münasibəti belə olub ki, həmin adamlar fikirlərini ifadə etməklə bağlı məsələdə sərbəstdirlər” Bir müddətdir Azərbaycan ictimai rəyində sosial şəbəkələrin verdiyi imkanlardan sui-istifadə edən bəzi mühacirlərin əməlləri müzakirə olunur. Söhbət indiyə qədər siyasi arenada olmayan, sonradan yaxşı, komfortlu həyat axtarışı üçün, müxtəlif …

Read More »

Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarla görüşüb. “Report” xəbər verir ki, görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın hazırki durumu və gələcək inkişaf perspektivləri müzakirə olunub. Qeyd edək ki, Z.Həsənov martın 28-də Türkiyəyə səfərə gedib. O, martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.

Read More »