Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) dövlətə xəyanətdə təqsirləndirilən sabiq şöbə rəisi Zakir İsmayılov və onunla birgə ittiham olunan həyat yoldaşı Nəzakət İsmayılovanın barələrində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Boyukmillet.com APA-ya istinadən məlumat verir ki, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Z. İsmayılov 19 il, onun həyat yoldaşı N. İsmayılova isə 10 …
Read More »Yearly Archives: 2020
“Xəstəxanaya yerləşdirilən” Abel Məhərrəmov: – “Hazırda səhər idmanı edirəm”
“Mən hazırda səhər idmanı edirəm”. Boyukmillet.com xəbər verir ki, bunu açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, universitetin Üzvi kimya kafedrasının müdiri Abel Məhərrəmov səhhətində ciddi problem yarandığı ilə bağlı məlumatlara aydınlıq gətirərkən bildirib. A.Məhərrəmov yazılanların yalan olduğunu vurğulayıb: “Nəyi niyə yazırlar özləri bilərlər. Amma mən hazırda idmandayam və idmanı bitirib işə gedəcəyəm”. Qeyd edək ki, bəzi KİV-lərdə verilən məlumata …
Read More »Azərbaycan nefti bahalaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,44 ABŞ dolları və yaxud 0,74% artıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 59,62 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Read More »Aydın Quliyev MSK qarşısında hay-küy salanlardan yazdı
MSK-nın qarşısında seçkisonrası hay-küy salanların tərkibinə baxmısınızmı?Ən anlaşılmaz seçki təzahürlərindən biri MSK-nln qarşısında cürbəcür xarakterli toplantılar keçirərək hay-küy salmaqdır.Sanki məqsədli şəkildə bir neçə nəfər oturaq vəziyyətdə və ya ayaq üstündə ucadan nəsə qışqırır,kimlərsə də kənardan bunu çəkib sosial şəbəkələrdə tirajlayır.Mən başa düşürəm ki,seçki sonucda hər kəsin razı qalacağı bir proses deyil.Bu prosesdə sözsüz ki,narazılar olacaq,belə hallar dünyanın hər yerində olur.Ancaq …
Read More »Mehriban Sadıqova istefaya göndərildi
“Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos FMMM) rəhbəri Mehriban Sadıqova Rusiyada yaşayan azərbaycanlıların təkidli tələblərindən sonra istefa verib”.Boyukmillet.com xeber verir ki bu barədə Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri məlumat verib. Məlumata görə, Mehriban Sadıqova qurumun bu gün çağırılan növbədənkənar toplantısında istefa verməyə məcbur olub. Belə ki təşkilatın üzvləri tələb ediblər ki, M.Sadıqova istefa verməsə, azərbaycanlılar təşkilatı kütləvi tərk edəcək. Məlumata …
Read More »Prezidentin köməkçisi ATƏT/DTİHB-nin rəyinə münasibət bildirdi
“Azərbaycan xalqı parlament seçkilərində bir daha öz iradəsini ifadə etdi” Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevralın 9-da ölkəmizdə keçirilən parlament seçkilərini izləmiş xarici müşahidəçilərin rəyləri ilə bağlı sualları cavablandırıb. -Hikmət müəllim, fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər keçirildi. Seçkiləri izləmiş xarici müşahidəçilərin açıqladığı rəyləri necə qiymətləndirirsiniz? -Əvvəla, qeyd etmək istərdim …
Read More »Havanın çirklənməsi dünya iqtisadiyyatına nə qədər zərər vurur?
Üzvi yanacaq növlərindən istifadə nəticəsində havanın çirklənməsi dünya iqtisadiyyatına hər gün təxminən 8 milyard dollar ABŞ dolları məbləğində zərər vurur. Bu, qlobal ÜDM-in 3,3%-i qədərdir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Greenpeace” ətraf mühitin mühafizəsi təşkilatının hesabatında bildirilir. Məlumata görə, çirkli havadan ən çox zərər çəkən ölkələr Çin (gündəlik 2,45 milyard dollar), ABŞ (gündəlik 1,65 milyard dollar) və Hindistandır (gündəlik 0,4 milyard dollar). “Hər …
Read More »Çeyz Keri: “Bakı bizim üçün ideal məkandır”
“2020-ci ildə “Formula 1″ üzrə dünya çempionatının daha coşqulu keçəcəyini gözləyirik”. Boyukmillet.com-un məlumatına görə, bunu “Formula 1” Şirkətlər Qrupunun baş icraçı direktoru və sədri Çeyz Keri Bakı Konqres Mərkəzində “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı beynəlxalq konfransda çıxışında deyib. O bildirib ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisinin bir çox faydaları var. Keri ölkəyə maddi qazanc, Azərbaycanın dünyaya tanıdılması və …
Read More »Ermənistan atəşkəs rejimini yenidən pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Boyukmillet.com xəbər verir ki bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun …
Read More »Azərbaycanda “Formula 1” ilə əlaqədar 10 min iş yeri açılır
“Formula 1″ üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar hər il ölkədə 10 min yeni iş yeri açılır”. Boyukmillet.com-un məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Bakı Konqres Mərkəzində “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı beynəlxalq konfransda çıxışında deyib. O bildirib ki, böyük tədbirlər zamanı ekoloji cəhətdən düzgün davranmaq lazımdır. Qeyd edək ki, bu il “Formula 1” üzrə Azərbaycan Qran-prisi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar