Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

İsveç Sudana 400-ə qədər hərbçi göndərir

İsveç Sudana 400-ə qədər hərbçi göndərir.

Boyukmillet.com xəbər verir ki, bu barədə İsveç hökuməti məlumat yayıb.

Ölkə parlamenti də səfirlik işçiləri və ailə üzvlərinin təxliyəsinə kömək üçün Sudana qoşun göndərilməsini dəstəkləyib. Bütün partiyalar bu qərara səs verib.

Nazirlər Kabineti İsveç və xarici vətəndaşların çıxarılmasına kömək etmək üçün maksimum 400 hərbçi göndərə bilər. Missiya digər dövlətlər və beynəlxalq təşkilatlarla birgə həyata keçiriləcək.

Qeyd edək ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə ordu ilə xüsusi təyinatlı qüvvələr arasında silahlı toqquşmalar baş verib. Səhiyyə Nazirliyinin məlumatına görə, döyüşlər başlayandan ölkədə 600-dən çox insan ölüb. Eyni zamanda, Sudanın Həkimlər Komitəsi 200-dən çox mülki şəxsin münaqişənin qurbanı olduğunu, 1 mindən çox insanın yaralandığını, 3,3 mindən çox insanın evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.

Check Also

ABŞ vizaları kütləvi şəkildə ləğv edir

ABŞ Dövlət Departamenti 2025-ci ilin yanvarından etibarən müxtəlif kateqoriyalar üzrə 85 min vizanı ləğv edib. …