Çərşənbə , 27 Noyabr 2024
Drone Cameras

ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı”na dair qətnaməsinin heç bir tarixi, siyasi və hüquqi əsası yoxdur

1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı heç bir soyqırımı olmayıb. Türkiyənin müharibəyə cəlb olunduğu həmin dövrdə ermənilər çoxsaylı silahlı dəstələr yaradaraq arxa cəbhədə üsyan qaldırıb, türk ordusuna qarşı hücumlar təşkil edib, ayrı-ayrı şəhər və qəsəbələrdə kütləvi qətllər törədərək əhaliyə qarşı qeyri-insani aksiyalar həyata keçiriblər. Təbii ki, türk ordusu da dinc əhalini müdafiə etmək, onları erməni vəhşiliklərindən qorumaq üçün lazımi tədbirlər görüb. Ermənilərin bu və ya digər ərazilərə köçürülməsi zamanı da heç bir soyqırımı baş verməyib.

Bu fikirləri Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar söyləyib. O qeyd edib ki, son illərdə uydurma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarları, sadəcə, Ermənistan və erməni lobbisi deyil, eyni zamanda, regionla bağlı imperialist maraqları olan güclərdir. O güclər ki, vaxtilə Anadoluya və Cənubi Qafqaza dair maraqlarını reallaşdırmaq üçün milli münaqişələrin alovlanmasına və kütləvi köçlərə səbəb olub, erməniləri Osmanlı Türkiyəsinə qarşı təşkilatlanmağa, silahlanmağa, terror və qətliamlar törətməyə təşviq ediblər. Bu səbəbdən ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi 296 saylı qətnamə qərəzli, sifariş xarakterli və əsassızdır. Qətnamənin heç bir tarixi, siyasi və hüquqi əsası yoxdur, eləcə də Türkiyəyə qarşı uzun illərdir həyata keçirilən siyasi təzyiq vasitəsindən başqa bir şey deyil.

B.Dündar əlavə edib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə qərəzli və əsassızdır. Hiyləgər və məkrli ermənilərin və onların havadarlarının məqsədi beynəlxalq münasibətlərdəki gərginlikdən öz mənafeləri üçün istifadə etməkdir. Bu da onların iç üzünü bir daha açıb göstərir. Ermənistan və erməni lobbisi qəbul edilmiş qətnaməni tarixi qələbə kimi təqdim edir. Lakin baş verənlərin fonunda bu sənədin qəbul edilməsi əslində onu göstərir ki, 1915-ci ildə olduğu kimi, erməni məsələsi bu gün də dünya gücləri tərəfindən xarici siyasətdə alət kimi istifadə edilir.

Bilal Dündar bildirib ki, Azərbaycan dövləti hər zaman olduğu kimi, bu dəfə də qardaş ölkəyə dəstək nümayiş etdirərək ABŞ Konqresinin Nümayəndələr Palatasının ədalətsiz qərarına etiraz bildirdi. Bu, hər iki dövlətin çətin anlarda bir-birlərinə dəstək olduğunu göstərdi.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …