Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Avstriyanın xarici işlər naziri: “Rusiya Avropanın tarixi hissəsi olaraq qalır”

“Rusiya Avropa tarixinin və mədəniyyətinin ayrılmaz hissəsi olaraq qalır və bu danılmazdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq “ORF” telekanalının efirində deyib.

“Coğrafiya dəyişməyəcək, Rusiya Avropadakı ən böyük qonşumuz olaraq qalacaq, o, Avropa tarixinin və mədəniyyətinin bir hissəsidir”, – deyə siyasətçi bildirib.

Diplomat qeyd edib ki, Rusiya ilə münasibətlərdə uzaqgörənlik nümayiş etdirmək lazımdır:

“144 milyon rusiyalı üçün viza qadağası ilə bağlı müzakirələr başlayanda mən yox dedim”.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …