Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Son sutkda 300-ə yaxın miqrant qanunsuz şəkildə Belarusdan Polşaya keçməyə cəhd edib

Son sutka ərzində 300-ə yaxın miqrant qanunsuz şəkildə Belarusdan Polşaya daxil olmağa cəhd edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Polşa Sərhəd Xidməti rəsmi saytında məlumat yayıb.

Qeyd edilib ki, Podlyask Sərhəd Mühafizə İdarəsinin əməkdaşları iyulun 27-də Polşa-Belarus sərhədini qanunsuz keçməyə cəhd edən 292 əcnəbi aşkar ediblər. Svisloç çayını keçməyə cəhd edən bir neçə mühacir Polşa sərhədçilərini görərək Belarusa qayıdıblar.

“26 miqrantı avtobusla aparan Ukrayna vətəndaşı da saxlanılıb”, – məlumatda bildirilib.

Xatırladaq ki, Belarusla sərhəddə miqrasiya ilə bağlı ciddi böhranla üzləşən Polşa 2021-ci ildə 40 minə yaxın sərhədi pozmaq cəhdi qeydə alıb.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …