Bazar , 4 May 2025
Drone Cameras

ABŞ Nigerdəki üsyançılara qarşı güc tətbiq etməyi düşünmür

ABŞ administrasiyası Burkina-Faso və Mali rəhbərliyinin xəbərdarlıqlarına cavab olaraq əmin edib ki, Birləşmiş Ştatlar Nigerdəki üsyançılara qarşı güc tətbiq etməyi düşünmür.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə deyib.

“Potensial hərbi münaqişə ilə bağlı xəbərlərə verdiyim yeganə şərh odur ki, biz bu vəziyyəti sülh yolu ilə həll etməyə çalışırıq. Biz inanırıq ki, bu vəziyyətin sülh yolu ilə həlli Niger xalqının maraqlarına uyğundur. Bu, bizim siyasətimizdir. Bizim nail olmağa çalışdığımız budur”-deyə, o bildirib.

Check Also

Zelenskidən 9 May paradında iştirak edəcək liderlərə xəbərdarlıq – “Risk var”

Ukrayna Prezidenti Volodimir Zelenski 9 Mayda Moskvada keçiriləcək hərbi paradla bağlı diqqətçəkən açıqlama verib. Boyukmillet.com …