Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycan səfiri Mərakeşin İqtisadi inklüzivlik, kiçik biznes, məşğulluq və bacarıqlar naziri ilə görüşüb

Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədovla Mərakeşin İqtisadi inklüzivlik, kiçik biznes, məşğulluq və bacarıqlar naziri Yunes Sekkuri arasında görüş keçirilib.

Boyukmillet.com xəbər verir ki, görüş zamanı Mərakeş nazirinin cari il noyabrın 21-23-də Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək nazirlərinin 5-ci konfransında iştirak məqsədilə ölkəmizə səfəri ətrafında fikir mübadiləsi aparılıb. Nazir ölkəmizə səfərindən məmnunluğunu ifadə edərək, bu səfərdən xoş təəssüratlarla qayıtdığını bildirib.

Görüş zamanı həmçinin, cari il noyabrın 13-də Azərbaycanla Mərakeş arasında Birgə Hökumətlərarası Komissiyanın 2-ci sessiyası çərçivəsində imzalanmış müvafiq sahədə iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsini ehtiva edən sənədlərə istinad edilib. Bu kontekstdə, Nazirliklər arasında təsis edilməsi nəzərdə tutulan müvafiq Texniki Komitənin tezliklə fəaliyyətə başlamasının önəmli olduğu qeyd olunub.

Həmçinin, sözügedən sənədlərin müddəalarının müzakirəsi məqsədilə iki ölkənin aidiyyəti qurumlarının nümayəndələri arasında yaxın günlərdə onlayn görüşün təşkilinin də faydalı olacağı vurğulanıb. Bununla yanaşı, Nazirliklər arasında təcrübə mübadiləsinin önəmli olduğunu qeyd etmiş Y.Sekkuri Mərakeş tərəfinin xüsusilə, peşəkar təlimlər məsələsində geniş təcrübəyə malik olduğunu və bu təcrübə ilə bölüşməyə hazır olduqlarını bildirib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …