Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Faktiki hava açıqlanıb

Yanvarın 5-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, gecə Naxçıvan MR-da qısamüddətli yağıntı olub.

Düşən yağıntının miqdarı Ordubadda 5 mm, Şahbuz, Naxçıvan 1 mm-dək olub. Zərdab, Biləsuvar, Gəncə, Yevlax, Şamaxı, Qobustanda duman müşahidə olunub.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 16-21 m/s-dək, Lerikdə 18 m/s, Altıağacda 17 m/s, Şəkidə isə 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.7 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17 dərəcəyədək isti, Naxçıvan MR-da 10 dərəcəyədək isti, aran rayonlarında 16 dərəcəyədək isti, dağlıq rayonlarda isə 13 dərəcəyədək isti olub.

Check Also

Xidmət rəisi: Azərbaycan ərazisindən köçəri quşların ən böyük miqrasiya yollarından biri keçir

Ümumdünya Köçəri Quşlar Günü 2006-cı ildən etibarən ildə iki dəfə – may və oktyabr aylarının …