Çərşənbə axşamı , 7 Aprel 2026
Drone Cameras

Prezident: Azərbaycan COP29-da Şimal və Cənub arasında həmrəyliyə nail olmaq üçün səylərini əsirgəməyəcək

Azərbaycan COP29-da qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini əsirgəməyəcək.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Münxendə Avropa Komissiyasının Avropa Yaşıl Saziş Təşəbbüsü, təsisatlararası əlaqələr və planlaşdırma üzrə İcraçı vitse-prezidenti Maroş Şevçoviçlə görüşündə deyib.

Onun sözlərinə görə, Azərbaycanın Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında və digər üzv təşkilatlarda apardığı iş, Avropa İttifaqı ilə əlaqələri və digər tərəfdaşlarla münasibətləri bu cür həmrəyliyin əldə edilməsinə töhfə verə bilər.

Dövlət başçısı, həmçinin COP çərçivəsində ilk dəfə olaraq Üçlük mexanizminin yaradıldığını qeyd etdi və Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanın bir araya gələrək bu istiqamətdə birgə iş aparacağını vurğulayıb.

Check Also

Prezidentin tapşırığı: İrana humanitar yardım yola salınır – FOTOLAR

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş …